AzTehsil.com


Xəbərlər / Ekspert
22 mart 2023
749


Nadir İsrafilov: “Sovet dönəmində də plagiat olub, lakin bu qədər yox...”




"Azərbaycanda 3 il ərzində 80 elmi işdən plagiat olduğu üçün imtina edilib, elmi adların verilməsi ləğv edilib".

 

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev bildirib. "Bu müddət ərzində 900 şəxsə fəlsəfə doktoru elmi dərəcəsi verilib, 427 nəfərin elmi dərəcəsindən isə imtina olunub. Xaricdə elmi dərəcə alan 77 fəlsəfə doktorunun sənədi ölkəmizdə tanınıb, 25 nəfərin elmi dərəcəsinin tanınmasından imtina edilib. Imtinanın səbəbləri sırasında plagiat, prosedur pozuntuları, iddiaçıların bilik səviyyələrinin iddia etdikləri elmi dərəcəyə uyğun gəlməməsi, nəticələrin elmi xarakter daşımaması və s. məsələlər daxildir. Son 3 il ərzində sadalanan səbəblərə görə 600 elmi işə imtina cavabı verilib. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi saytda açıqlana bilər", - deyə o qeyd edib.

 

Məsələylə bağlı Moderator.az-a münasibət bildirən təhsil mütəxəssisi Nadir İsrafilov deyib ki, plagiatla bağlı bu birinci açıqlama deyil və yəqin ki, heç sonuncu da olmayacaq: "Yadımda qaldığı qədər, zaman-zaman 43, daha sonra 52 plagiat faktının aşkarlanması barədə müxtəlif xəbərlər yayılıb, məsələyə fərqli münasibətlər bildirilib. O da bəyan edilmişdi ki, Azərbaycanda Ali Attestasiya Komissi¬yasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib və bu gün Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına da ehtiyac var. Bir müddət əvvəl isə Elm və təhsil nazıri Emin Əmrullayev də bu məsələni dilə gətirərək, bunu bizim elmi əxlaqla bağlı ciddi problemlərimiz olduğu, elm əxlaqını qorumaq üçün çox iş görülməsinə çalışmalıyıq kimi dəyərləndirmişdi. 

 

Göründüyü kimi, latın sözü olan “plagium”dan götürülən “oğurluq” anlamına gələn bu hal ölkəmizdə hələ ki, yüksələn xətt üzrə inkişaf edir. Baxmayaraq ki, sovet dönəmində də plagiat olub, lakin bu qədər yox...Çünki, o vaxtlar ideya oğurluğu əsasən rus mənbəələrindən edilirdisə, indi daha çox dil bilmək zərurəti digər dillərdən də yararlanıb, “faydalanmağa” münbit zəmin yaradıb.

 

Yəqin, plagiatla bağlı maraqlı olan tərəflərin bir çoxları xatırlamamış olmazlar ki, 90-cı  ilərin əvvəllərində Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq istefaya getdi. Bu, ölkənin 20000-dək aliminin kanslerə müraciətindən sonra baş verdi. Səbəb də bu idi ki, Quttenberqin doktorluq işində köçürmələr (plagiatlıq) vardı. Maraqlıdır ki, kansler Angela Merkelin xahişlərinə, ictimai rəyin (75 faiz) onun xeyrinə olmasına baxmayaraq, Quttenberq qərarının qəti olduğunu bildirdi, yəni öz şərəfini hər şeydən üstün tutdu. Axırda kansler məcbur olub, xidmətlərinə görə ona dərin təşəkkürlərini bildirdi və dedi: “İstefanıza görə çox üzülürəm, bununla belə, qərarınıza da hörmətlə yanaşıram”. Təbii ki, bu vəziyyətdən sonra Quttenberq Almaniyada qala bilməzdi. Ona görə də o, ABŞ-a köçdü, geri dönəcəyi isə bilinmir. Çox maraqlıdır ki, bu günədək alman mediası nə onun dəqiq ünvanını bilir, nə də onunla ünsiyyət qura bilir...

 

Baxın, Almaniyanın müdafiə naziri Karl-Teodor Quttenberq elmi işində cəmi bir necə abzas plagiat tapıldığına görə ölkə ictimaiyyətindən üzr istəyərək vəzifəsindən istefa verdi. Bundan bir neçə həftə öncə isə müdafiə etdiyi dissertasiyada 3-4 səhifə plagiatlıq aşkar edildiyinə görə Macarıstan prezidenti Pal Şmit də eyni taleyi yaşamışdı...

 

Plagiata ideya oğurluğu, yoxsa sadəcə elmi əxlaq predmeti kimi baxmağıımızdan asılı olmayaraq, oğurluq elə oğurluqdur, istər əşya oğurluğu olsun, istərsə də ideya oğurluğu. Oğurluq isə təkcə, etik, əxlaq məsələsi olmayıb, həm də hüquqi məsədir. Bir də ki, bizim plagiatçılar, nə alman müdafiə naziri Quttenberq, nə də macar prezidenti Pal Şmit əxlaqının sahibi deyillər.

 

Bu mənada nə qədər ki, vəd edildiyi kimi “komissiyanın adına xələl gətirən belə müəsissə və şəxslərin adları rəsmi şəkildə” açıqlanmayacaq, “Azərbaycanda milli antiplagiat sisteminin yaradılmasına ehtiyac” duyulmayacaq, bu kimi halların baş verməsi də bir o qədər qaçılmaz olacaq..."




Загрузка...
Həmçinin oxuyun:
2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

2016-2017-ci Tədris ili üçün TƏDRİS PLANI təsdiq edildi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

Şəhid müəllimin ən mükəmməl dərsi

Şəhid müəllimin ən mükəmməl dərsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

Fəlsəfə doktoru imtahanlarında iştirak etmək istəyənlərin nəzərinə

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

DİM Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak üçün qeydiyyat elan edir

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri (  AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri ( AR ƏM-dən çıxarış )

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

Nadir Israfilov: Təklif edilən yeni dəyişikliyə görə müəllimlər sertifikasiyadan keçiriləcək.

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"