Həyat bu maddədən yaranıb
Yer üzündə həyatın yaranmasına səbəb ola biləcək zülalın bir hissəsi tapılıb.
Bu barədə Ratgers Universitetinin alimləri tədqiqat aparıblar.
Araşdırmaya görə bu kəşf sayəsində tədqiqatçılar həyatın yaranması astanasında olan planetləri müəyyən edə biləcəklər. Belə ki, alimlər müasir zülalları tədqiq etməklə işə başlayıb və onların strukturunu sadələşdiriblər.
Bir sıra eksperimentlərdən sonra tədqiqatçılar ən yaxşı namizədin “Nickelback” adı verilən peptid olduğu qənaətinə gəliblər. Peptid 13 amin turşusundan ibarətdir və iki nikel ionunu birləşdirir.
Məhz bu maddə sayəsində təxminən 3,5-3,8 milyard il əvvəl planetdə həyat yaranmağa başlayıb. Tədqiqatçıların fikrincə, nikel erkən okeanlarda geniş yayılıb. Peptidlə bağlandıqda, nikel atomları güclü katalizatorlara çevrilib, əlavə proton və elektronları cəlb edib və hidrogen qazı yaradıb. Nəticədə bu hal planetdə həyat olmasına səbəb olub.
Sevinc Hüseynova