Uşaq sığınacağında saxlanılan körpənin döyüldüyü iddia edilir – VİDEO
“Sevgi” Uşaq Sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat paylaşılıb.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq qeyd edib ki, hər gün onlarla sosial şəbəkə istifadəçisi “Sevgi” Uşaq Sığınacağı adı ilə “Instagram”da paylaşımları olan Könül adlı xanımın davranışı, uşaqlara olan münasibəti ilə bağlı müraciət edir.
O bildirib ki, bir neçə dəfə aidiyyəti qurumlara müraciət edib, lakin hələ araşdırma aparıldığı, istintaq prosesinin davam etdiyi söylənilib:
“Əzizlərim, gözləyirik? “Totu” ləqəbli uşaq isə ölür! İki il ərzində, görün, uşaq nə hala qalıb? Uşağın videosunu paylaşıb kartının nömrəsini qoyan qadın bu aylar ərzində bu uşaq üçün nə edib deyə soruşdunuzmu? Ümumiyyətlə, qəyyumluğu verilməmiş bir uşaq bu adamın yanında nə gəzir? Dəfələrlə mənə yazıblar ki, uşaq döyülür. Amma mən faktlara əsaslana bilərəm. Hazırda fakt uşağın bu vəziyyətdə olan görüntüsüdür. Yalvarıram sizə, qurtarın bu uşağı! Uşaq o qadının əlindən alınmalı, məhkəmə ilə qadının fəaliyyəti məhdudlaşdırılmalıdır!” – K.Ağazadə yazıb.
Videoda körpənin gözlərini bir nöqtəyə zilləyərək hərəkətsiz dayandığı, yalnız ağzına qoyulan yeməyi çətinliklə çeynədiyi görünür.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, həmin məsələ ilə bağlı polis və prokurorluq orqanlarında araşdırma aparılıb:
“Aparılmış araşdırma ilə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Hazırda həmin material məhkəmə icraatındadır”.
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri
Qadın sığınacağında məskunlaşan tələbənin təhsil haqqı problemi həll olundu
Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT
Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.
Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI
ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”
Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib
Uşaqların xüsusiyyətləri
Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi
Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri
Ən çox soruşulan 34 SUALA CAVABLAR....
Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”
Pedaqoji Lüğət
“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017
"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"
"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"