AzTehsil.com


Xəbərlər / Ekspert / Müəllim
16 dekabr 2022
786


İlham Əhmədov :Təhsildəki problemlərin səbəbini niyə tapa bilmirik ?




Elm Təhsil naziri E. Əmrullayev hər dəfə çıxışlarında deyirdi  ki, problemlərdən danışın, problemlər  qaldırın, təkliflər verin. Bu  sözləri ilk dəfə eşidəndə,  sözün düzü çox sevindim. 


Fikirləşdim ki, nəhayət ki, təhsilin rəhbərliyinə tənqidə açıq, tənqiddən qorxmayan, təşəbbüslərə, innovasiyalara açıq, mütəxəssislərlə  dialoqa meylli,  real inkişaf istəyən birisi gəlib. Biz də vaxt olduqca nazirin bu tövsiyyələrinə hörmət əlaməti və təhsilin inkişafına dəstək niyyəti ilə problemləri  qaldırdıq, təkliflər verdik. Son 30 ayda  müxtəlif saytlarda  200-dən artıq problem xarakterli məqalələr yazdıq, hər məqalədə də 1-2 təklif verdik.  Təəssüf ki, bu məqalələrdə qaldırılan problemlər və verilən təkliflər havada qaldı. Hesab edirik ki, təhsili inkişaf etdirmək istəyən komandaya təhsilin müxtəlif istiqamətlərində olan bu 200 təklif kifayət idi ki,  təhsili  durğunluqdan çıxarsın.  

 

Nazirin etiraf etdiyi kimi,  təhsilimizdə ideya çatışmazlığı var.  Son  illər nazirlikdə çalışan əməkdaşların əksərinin təcrübəsiz və ya mütəxəssis olmadığını nəzərə alaraq  xeyli  ideyalar verdik.   Dəfələrlə etiraf etdiyi kimi, təhsil mövzusunda çox vaxt  məişət səviyyəsində müzakirələr gedir.  Bu müzakirələrdə elm, elmi ideya, monitorinq araşdırmaları, proqnozlar, faydalı tövsiyyələr, innovasiyalar çox azdır. 


Amma bu qədər problemləri olan nazirlik, verilən təklifləri  qiymətləndirə bilmirsə, bu  özü bir problemdir. Bu  müəllimlərin şaftalı sözünü  yazmasından və ya kvadratın perimetrini səhv hesablamasından da böyük faciədir. Faktiki olaraq, ETN-nin  təhsilə və elmə belə  münasibəti onun gələcək fəaliyyətini elm və təhsilin yeni tələbləri  səviyyəsində qura biləcəyinə inamı azaldır.    

   

Bu ərəfədə  Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilmişdir.   Tədbirdə millət vəkilləri və ETN-nin əməkdaşları iştirak ediblər. Nazirin çıxışından bəzi məqamlara diqqət edək: "30 il müstəqillik dövründə ancaq qəbul və buraxılış imtahanlarındakı nəticələrdən şikayət etsək, növbəti otuz ildə də bu barədə düşünəcəyik". 


Sual olunur:  bəs imtahan nə üçündür?  Təhsilin keyfiyyəti  bəs necə müəyyən edilməlidir?  ETN axı  özü  qiymətləndirməni,  imtahanları çox sevir, iki  ildir ancaq bundan danışır. Bəlkə, növbəti 30 ildə də buraxılış imtahanından yox, sertifikasiyadan danışaq? Missiya  yalnız  məktəblərdə vakant yerlərin sayını artıqmaqdır?  İşdən çıxan  minlərlə müəllimin  ETN heç bir aidiyyəti yoxdur?   Onlar bəlkə  başqa planetdə ali  təhsil alıblar?  Bu gün sertifikasiyadan keçməyən  müəllimlərlər dünən necə müəllim kimi işə qəbul ediliblər? Kim onları işə qəbul edib?  Niyə heç bu haqda danışılmır. Axı bu  hökuməti hörmətdən salır. 


E. Əmrullayev daha sonra bildirib: “Uşaqların niyə aşağı nəticə göstərməsi hər dəfə sual olaraq verilir. Biz burada bunun niyəsini tapmalıyıq. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var. Fərqi yoxdur nazir kimdir, bunun üzərində işləməliyik." 


Burada qeyd etmək istərdik ki, nazirin və komandasının kimliyi fərq edir, özü də çox ciddi.  Təriflədiyiniz Sinqapur və Koreyada  təhsil nazirliyinin heyətini öz  komandanızla müqayisə edin, fərqi görəcəksiniz. 

" ... Biz burada bunun niyəsini tapmalıyıq" fikri haqqında. Bunun niyəsini parlament yox, müvafiq icra qurumu- yəni, ETN və onun nəznində olan ARTİ tapmalıdır. Son 8 ildə TN və ARTİ bunun niyəsini niyə tapmayıb?  Bu instituta 5-6 il rəhbərlik etmişiniz, vaxtınız və resurslarınız vardı bu haqda düçünməyə. Son 7-8 ildə   paylanmış 10 milyonlarla manatlıq qrantlar nəticəsində bunun niyəsi  tapılmalıydı. Bu başqa bir  yazının mövzusudur. 

Nazir  öz çıxışında pedaqogika elminə daha bir yenilik- innovasiya  gətirib:  "Sinifdə az və ya çox uşağın olması təhsilin keyfiyyətinə təsir etmir." Uşaqların sayı keyfiyyətə təsir etmirsə, onda nazirliyin illərcə “mübarizə” apardığı  repetitorluq bəs  niyə inkişaf edir?

İmtahanların nəticələrini göstərən iki rəqəmli ədədi konkret demək lazımdır, 70 % məktəbli 150 balldan az yığıb. Yəni məzunlar  maksimum balın  20%-ni toplayıblar.

 

Təhsildə olan problemlərimiz ilbəil artır. 30 il bu barədə danışdıq, belə getsə hələ 30 ildə  danışacağıq. Təhsilin büdcəsi artdıqca, problemləri də artır.  Deyəsən artan təhsil büdcəsi baş  gicəllənməsi yaradır, təhsil  arxa plana keçir.  Bəlkə təhsil  problemlərini  həll etməyə elə Sinqapur və Koreyadan menecerlər   dəvət edilsin, çünki, bizim  menecerlər yalnız problemlər  yarada bilirlər.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Reallığı təkzib etməklə  problem  həll edilməz -İLHAM ƏHMƏDOV

Reallığı təkzib etməklə problem həll edilməz -İLHAM ƏHMƏDOV

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi