Elm və Təhsil Nazirliyi yanvar ayından yeni strukturda fəaliyyətə başlayacaq
Elm və Təhsil Nazirliyi yanvar ayında yeni strukturda fəaliyyətə başlayacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 25-də keçirdiyi brifinqdə söyləyib. Nazir xatırladıb ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra nazirliyin tərkibində dövlət agentlikləri qurulur.