AzTehsil.com


Xəbərlər / Direktor
28 iyun 2022
2 250


Direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır




2022/2023-cü il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.


Peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi işləmək istəyən şəxslər 28 İyun – 13 İyul tarixləri arasında


https://portal.edu.az   elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.


Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. 20 iyul tarixinədək ərizələri təsdiq edilən namizədlər 1 avqustda baş tutacaq qanunvericilik və məntiqə aid suallardan ibarət imtahanda iştirak edəcəklər.


Müsabiqənin nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi isə elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Peşə təhsili müəssisələrinə direktorların və direktor müavinlərinin işə qəbulu aşağıda qeyd edilən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir:


Direktor – Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;


Direktor müavinləri – Ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.


Sonda qeyd edək ki, namizədlər vakant yerlərin siyahısı və təlimat videosu ilə onlayn qaydada  https://vet.edu.gov.az/az  saytı vasitəsilə tanış ola bilərlər. Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzu edirik!




Загрузка...
Həmçinin oxuyun:
2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

DİQQƏT ! Məktəb direktorları müsabiqəsi ilə bağlı təhsil nazirindən 126 saylı ƏMR

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

Direktorların müsabiqə yolu ilə işə qəbulunun aparılması QAYDALARI

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Müəllimlərin işə qəbulunda yeniliklər

Müəllimlərin işə qəbulunda yeniliklər

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Müzakirə olunan məsələlərlə bağlı suallar və onların cavabları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə