Müəllim işləmək istəyənlərin nəzərinə – Qaydalar açıqlandı
Sabahadan müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu başlayacaq. Qeydiyyat elektron qaydada aparılacaq. Bu il keçiriləcək imtahanlarda müəyyən dəyişikliklər edilib. Yeniliklər nədən ibarətdir?
Xəzər TV xəbər verir ki, bu il keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə bəzi dəyişikliklər edilib.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı sabah saat 11:00-dan iyunun 10-u saat 11:00-dək miq.edu.az portalı vasitəsilə aparılacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış vətəndaşlar və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər qatıla bilərlər.
Nurlan İsmayılbəyli bildirib ki, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 8 minə yaxın vakansiyanın çıxarılacağı gözlənilir. Mərkəzin direktoru test mərhəlsindəki yeniliyə də aydınlıq gətirib.
Qurum rəsmisi əlavə edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsindən sonra boş qalan yerlərə işə qəbul müddətli əsaslarla həyata keçiriləcək. Müsabiqənin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur.

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Kargüzarlığın aparılmasına dair Təlimata dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sual:Evdə təhsil necə təşkil olunur?

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165