AzTehsil.com


Xəbərlər / Müəllim / Psixoloq
20 may 2022
1 038


Məktəblilər ciddi təhlükədə - Əksər abituriyentlər potensial nevrozdurlar




Son zamanlar şagirdlərin dərs yükünün çox olması, ev tapşırıqlarının ağırlığı   onlarda bir sıra psixoloji və nevroloji problemlərin yaranmasına səbəb olub.


Mövzu ilə bağlı AzEdu.az-a danışan həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov məsələnin ciddi xarakter daşıdığını vurğulayıb.


O, qeyd edib ki, bu kimi problemlər  şagird sağlamlığı üçün  ciddi fəasadlar yaradır:


“Günümüzdə tətbiq edilən təhsil sistemində repetitorlarla işləmək məsələsi düzgün  qurulmayıb. Şagirdlərin beyni həddindən çox yüklənir, istirahət mexanizmləri düzgün tənzimlənmir.


Onlarda xroniki yorğunluq sindromu adlanan hal yaranır. Bu gün yuxarı sinif şagirdlərinin əksəriyyəti həmin problemlərdən əziyyət çəkir. Bəzən, abituriyentlərin qəbul imtahanlarında  yüksək bal toplamamasına səbəb məhz həmin sağlamlıq məsələləridir”.


Nevroloq bu kimi problemlərdə təhsilverənlərin də günah payını qeyd edir:


“Hətta  bir çox mənasız testlər vasitəsi ilə  şagirdlər yüklənilir. Bəzi repetitorlar  hansısa fənnin mahiyyətini  izah etmək əvəzinə, şagirdlərin vaxtlarını testlər vasitəsi ilə alırlar. Onlara şeir əzbərlədən kimi test əzbərlədirlər. Başa düşmədən hansısa   problemi əzbərlətmək beyinin həddindən çox işləməsinə səbəb olur”.


O, qeyd edib ki, hazırda təhsil sahəsində çox sayda problemlər var:


“Düşünürəm ki, bu gün  təhsil sistemində kifayət qədər  ciddi problemlər var. Onun keçirilmə qaydası şagirdlərlə bağlı çox əsaslı məsələlər yaradır. Bu, həm məktəblilər üçün, həm də  biliklərin mənimsənilməsi cəhətdən  zərərlidir. Sağlamlıq baxımından  da olduqca ziyanverici xarakter daşıyır”.


Nevroloq vurğulayır ki, abituriyentlərin əksəriyyəti nevrozdan əziyyət çəkir:


“Günümüzdə abituriyentlərin əksəriyyəti potensial nevrozdur. Ya qorxu hissi keçirir, ya da ki,  depresiyaya meyil göstərirlər. Bu, da beyinin istirahət mexanizminin düzgün təşkil olunmamasına gətirib çıxarır.


Bu kimi problemlərlə yalnız abituriyentlər deyil, ibtidai siniflər də qarşılaşır. Birinci sinif şagirdlərinə  çətin mövzular vermək və onlardan bunun qavranılmasını gözləmək heç də uyğun deyil. Həmin uşaqlara nağıl və  asan anlaşılan dərslər keçirilməlidir. Elə fənlər tədris olunmalıdır ki, onlar uşağın yadında qalsın, maraqlı olsun. Kitab və dərsliklərə baxdıqda müşahidə olunur ki,  onlar  senzuradan keçməyib. Təhsil sahəsində çox ciddi problemlər var. İstər dərslik, istərsə də onların tətbiqi ilə bağlı çox ciddi mənfiliklər yaşanır.


Beyinin həddindən çox yüklənməsi  savada deyil, savadsızlığa aparır. Ona görə də yeni yetişən nəsildə savadlı olmayan şəxslərin sayı çoxdur, çünki tədris sistemi düzgün deyil”.




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

Xroniki yorğunluq sindromunun səbəbi nədir?

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Nazirlik layihənin öhdəsindən gələ bilmədi - Təhsildə təmayül “dalanı”

Nazirlik layihənin öhdəsindən gələ bilmədi - Təhsildə təmayül “dalanı”

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017