Müəllimlər “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinara dəvət olunur
Mayın 18-də “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar keçiriləcək.
Təhsil İnstitutundan bildirilib ki, vebinarda spiker qismində Kembric Universitetinin nəşriyyat və qiymətləndirmə kurikulum proqramları üzrə müdir müavini Abigail Barnett çıxış edəcək.
Vebinarın keçirilməsində məqsəd konstruktiv rəy haqqında sualları cavablandırmaq, eləcə də təhsil ictimaiyyətini, xüsusilə müəllimləri məlumatlandırmaqdır.