Coğrafiya fənni üzrə vebinar təşkil olunacaq
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan bildirilib ki, növbəti vebinar mayın 4-ü saat 17:00-da coğrafiya fənni üzrə “Hidrosfer” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində coğrafiya müəllimi Famil İsayev çıxış edəcək.
Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.