Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlər davam edir
Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlər keçirir.
İnstitutdan bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır. Təlimlərdə spiker qismində institutun əməkdaşları çıxış edirlər.
Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikat veriləcək.