AzTehsil.com


Xəbərlər
29 aprel 2022
927


Emin Əmrullayev: “Müasir təhsil sistemində doğmalaşmış fənlərin mahiyyəti çoxdan mənasını itirib”




“Təhsil Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri də məktəblərdə rəqəmsal savadlılığın təmin edilməsidir. Çünki bu gün bizim məktəblərdə nə baş verirsə, təxminən 15-20 ildən sonra cəmiyyətdə, iqtisadiyyatda baş verəcək məsələlərdəndir”.

Mektebgushesi.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.


Nazirin sözlərinə görə, tədqiqatlara əsaslanan fikirlərin bildirilməsi önəmlidir: “Bəzi hallarda həssas və mürəkkəb məktəb məzmunu mövzusunda emosionallıqla proqmatiklik arasında balansı itiririk. Bəzi proqmatik bacarıqlar var ki, cəmiyyətin, eləcə də dünyanın müqavimət göstərməyə lüzum olmayan sahələridir. Yəni biz istəsəkdə, istəməsək də dünya rəqəmsallaşır”.


E.Əmrullayev bildirib ki, Azərbaycan məktəblərində hazırda 17 fənn tədris olunur və onların hər biri sahə mütəxəssisi üçün müqəddəsdir: “Müasir təhsil sistemində doğmalaşmış fənlərin mahiyyəti çoxdan mənasını itirib. Fənlərin daxilində olan bacarıqların tədrisi təhsilin bir hissəsidir. Biz müstəqil şəkildə fənləri hələ də ayrı-ayrı tədris ediriksə, onların müqəddəsliyinə inanırıqsa, düşünürəm ki, səhv edirik. Rəqəmsallaşmanın fənlərin daxilinə inteqrasiyası vacib pedoqoji sualdır”.


“Hər birimizin müqəddəs hesab etdiyi Azərbaycan dili fənnində vətəndaşa verilən məqalədə məlumatın doğru və ya səhv olması bacarıqlarını ölçmürük. Cəhd etdikdə isə ciddi emosional mühafizəkarlıqla üzləşirik. Cəmiyyət olaraq balansda vətənpərvərlik və rəqəmsal bacarıqların arasında mübahisə etməyə başlayırıq. İstənilən fənlərin tərkibində rəqəmsal bacarıqları necə tətbiq edə bilərik sualı olduqca vacibdir” – nazir əlavə edib.


O xatırladıb ki, hazırda informasiya texnologiyaları ixtisası üzrə sənəd verən məzunlar üçün gələcəkdə qəbul imtahanlarında informatika fənni ayrı salınacaq: “Çünki bu gün kimsə İT ixtisası üzrə informatika fənnindən ayrılıqda imtahan vermir. Amma heç kim də buna narazılığını bildirmir. Nazirlik olaraq inandırmağa çalışırıq ki, əslində bu faydalı və gərəklidir. Proses tətbiq olunanda haqlı və haqsız narazılıqlar ola bilər. Təbii ki, bunu aradan qaldırmaq lazımdır”.




Загрузка...
Həmçinin oxuyun:
Emin Əmrullayev: “Ali məktəblərə “Tədqiqat universiteti” statusu veriləcək”

Emin Əmrullayev: “Ali məktəblərə “Tədqiqat universiteti” statusu veriləcək”

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Emin Əmrullayev: “Məktəblərdə 5 günlük dərs qrafiki olacaq”

Emin Əmrullayev: “Məktəblərdə 5 günlük dərs qrafiki olacaq”

Təhsil naziri: “Kimisə öyrənməyə məcbur etmək mümkün deyil”

Təhsil naziri: “Kimisə öyrənməyə məcbur etmək mümkün deyil”

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

Təhsil naziri Azərbaycanda elmi tədqiqat fəaliyyətini tənqid edib

Təhsil naziri valideynlərə müraciət edib

Təhsil naziri valideynlərə müraciət edib

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Emin Əmrullayev: “Biz məktəblərdə kişi müəllimlərin çox olmasını istəyirik”

Emin Əmrullayev Gürcüstana səfər edəcək

Emin Əmrullayev Gürcüstana səfər edəcək

Emin Əmrullayev: “Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib”

Emin Əmrullayev: “Fikrim ictimaiyyətə fərqli formada təqdim edilib”

Emin Əmrullayev: “Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir”

Emin Əmrullayev: “Qəbul zamanı testə düşən bəzi suallar bizi narahat edir”

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Emin Əmrullayev: “Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur”

Emin Əmrullayev: “Bəzi məktəblərdə Təbiət fənni tədris ediləcək” - FOTO

Emin Əmrullayev: “Bəzi məktəblərdə Təbiət fənni tədris ediləcək” - FOTO

Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb

Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq

Azərbaycan və Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq

Emin Əmrullayev Təhsil naziri təyin edildi

Emin Əmrullayev Təhsil naziri təyin edildi

Təhsil naziri Emin Əmrullayev sakinləri videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil naziri Emin Əmrullayev sakinləri videobağlantı vasitəsilə qəbul edəcək.

Emin Əmrullayev: “Xaricdə təhsil proqramının böyük hissəsi magistr pilləsini əhatə edəcək”

Emin Əmrullayev: “Xaricdə təhsil proqramının böyük hissəsi magistr pilləsini əhatə edəcək”

Emin Əmrullayev: “Bağçalara işə qəbul qaydaları hazırlanır”

Emin Əmrullayev: “Bağçalara işə qəbul qaydaları hazırlanır”

Təhsil naziri: “Summativ qiymətləndirilmə onlayn keçiriləcək”

Təhsil naziri: “Summativ qiymətləndirilmə onlayn keçiriləcək”

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Emin Əmrullayev: Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır

Emin Əmrullayev: Təhsil Nazirliyi cəmiyyəti maraqlandıran mövzuları müzakirə etməyə hazırdır

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən kurikulumun ləğvi ilə bağlı AÇIQLAMA

Emin Əmrullayev: Yaradılacaq universitet Türkiyənin qabaqcıl ali təhsil müəssisələri səviyyəsində olacaq

Emin Əmrullayev: Yaradılacaq universitet Türkiyənin qabaqcıl ali təhsil müəssisələri səviyyəsində olacaq

Təhsil naziri Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb - FOTO

Təhsil naziri Gürcüstanda azərbaycandilli məktəblərin müəllimləri ilə görüşüb - FOTO