Təhsil naziri: “Summativ qiymətləndirilmə onlayn keçiriləcək”
“Bu il Bakı, Sumqayıt və Abşeron məktəblərində kompüterlərin sayının artırılması nəzərdə tutulur”.
Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bununla da summativ qiymətləndirilmə onlayn qaydada keçirilə bilər: “Növbəti ildən həmin qiymətləndirilmənin həmin formatda keçirilməsinə nail ola bilərik”.