Təhsil naziri valideynlərə müraciət edib
“Təhsil sisteminin kökündə duran məsələ dəyərlərin ötürülməsidir. Böyüklər tərəfindən həddən çox gözləntilərin olması ilə razıyam”.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, valideynlər onların getdiyi məktəblə, uşaqların getdiyi məktəblər arasında fərqlər olduğunu qəbul etməlidir: “Biz az sual veririk ki, uşaqlar nə istəyir. Ən vacib sual isə 20-30 ildən sonra uşaqlara nə lazım olacaq. Fənn bilikləri ilə bağlı deyə bilərəm ki, fənlərin ayrı-ayrı tədrisi köhnəlib. Çünki həyat təcrübəsində fənlərin öyrətdiyi bacarıqların istifadəsi lazımdır”.