Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
2022-2023-cü tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Təhsil Nazirliyindən bildirilib ki, bu məqsədlə dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.
Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda, xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər [email protected] elektron ünvanına da göndərilə bilər.
Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.