AzTehsil.com


Xəbərlər
09 yanvar 2020
2 122


Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib



Ötən il 78 elektron dərslik yeniləri ilə əvəzlənib

 

Təhsil Nazirliyinin www.e-derslik.edu.az  portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur.

Ötən il ərzində Azərbaycan və rus bölmələri üzrə II, III, IX, X və XI siniflərə aid 19 dərslik elektron formatda hazırlanaraq portala yerləşdirilib. Bundan əlavə, hər iki bölmə üzrə 15-i II, 15-i III, 17-si IV və 31-i VIII sinif dərsliyi olmaqla, ümumilikdə, 78 dərslik yeniləri ilə əvəzlənib. Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Beləliklə, portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb. Ötən tədris ilində portala V, VI, VII, IX,  X və XI sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi V, VI və IX sinif, ədəbiyyat VI sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib.

2019-cu ildə www.e-derslik.edu.az elektron dərslik portalına giriş sayı 2 704 838-ə, səhifələrə ümumi baxış sayı isə 21 790 608-ə çatıb. 2018-ci ildə isə bu göstəricilər müvafiq olaraq 1 697 572 və 12 452 046 olub.

Ötən il ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Ukrayna, Almaniya, Qazaxıstan və Hollandiya olub.

Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq riyaziyyat (VI sinif), ingilis dili (VII sinif), ingilis dili (V sinif), riyaziyyat (VII sinif), Azərbaycan tarixi (V sinif), ədəbiyyat (VII sinif), ədəbiyyat (V sinif), ədəbiyyat (X sinif), coğrafiya (VI sinif), fizika (VII sinif) və biologiya (VII sinif) olub.

İstifadəyə verildiyi 5 il ərzində portala 2 255 371 unikal istifadəçi tərəfindən 6 172 352 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 47 339 812 olub.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadəsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Elektron dərslik portalında 39 dərslik yenilənib

Elektron dərslik portalında 39 dərslik yenilənib

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

Elektron dərslik portalına giriş sayı 1 199 651-ə çatıb

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir

VII sinif şagirdi öldü

VII sinif şagirdi öldü

Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib

Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

“Səsli dərslik” layihəsinin təqdimatı keçirilib

Dərslik çatışmazlığı ilə üzləşən şagird nə etməlidir?

Dərslik çatışmazlığı ilə üzləşən şagird nə etməlidir?

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

"Azərbaycanın təhsil mühiti kitab oxumur" - STATİSTİKA

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Dərsliklərlə bağlı ictimai rəy öyrəniləcək

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

Xüsusi siniflərin fəaliyyət göstərdiyi məktəbə mediatur

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Məktəbli çantasının çəkisi nə qədər olmalıdır?

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır

Nazirlik: Respublika fənn olimpiadaları iştirakçılarının sayı ildən-ilə çoxalır