AzTehsil.com


Xəbərlər
10 aprel 2022
1 093


Ukraynada girov götürülən tələbənin valideynləri danışdı - VİDEO




Artıq Rusiya-Ukrayna müharibəsi 45 gündür davam edir. Müharibə başlayandan bu günə qədər Ukraynada yaşayan soydaşlarımız arasında həlak olanlarla yanaşı, girov götürülən də var. Girov götürülən soydaşımız isə bu ölkədə təhsil alan 20 yaşlı Hüseyn Amin oğlu Abdullayevdir.


Ailəsinin sözlərinə görə, Hüseyndən 15 gündür ki, xəbər ala bilmirlər.


Ukraynanın Mariupol Dövlət Universitetində təhsil alan Hüseyn Rusiya ordusu Mariupol şəhərinə daxil olandan sonra şəhəri tərk edib. Axırıncı dəfə ailəsi ilə martın 5-də danışan Hüseyn, martın 17-də şəhəri tərk edib. Bu zaman o, xalası qızı ilə telefonla danışıb. Həmin vaxt hər şeyin normal olduğunu bildirən Hüseynlə sonradan əlaqə kəsilib. Atası Amin Abdullayev deyir ki, yalnız 2 gündən sonra övladının əsir götürüldüyünü öyrəniblər. Girov götürülən Hüseynlə sonuncu telefon danışığı isə martın 25-də olub: “17-də oradan, burdan xəbər gəldi ki, bunlar çıxıblar Azərbaycana gəlməyə. Biz də sevindik ki, gəlir. 19-da eşitdik ki, rus əsgərləri uşağı girov götürüblər. 19-u martda özümüz zəng etdik telefonu açdılar. Dedilər ki, uşağınız girovdur bizdə. Dedik nə istəyirsiniz, dedilər ki, deyəcəyik sizə. Saat 12-nin yarısı əsirimiz var, onunla dəyişəcəyik. Ondan sonra yenə zəng çatmadı uşağa. 25 martda yenə zəng etdik, açdılar. Danışdım, dedim rus dilində zəif bilirəm, başa saldım, dedim anası ağlayır xahiş edirəm danışdırın, dedi olmaz. Ondan sonra dedim ki, rus dilində bilənlə gətrisək danışmaq olar? Dedilər ki, olar. Dostu, tələbə yoldaşı gəldi, aşdılar uşağnan danışdılar. Anası danışdı, mən danışdım”.


Amin Abdullayev deyir ki, hər yerə müraciət etmişik, Xarici İşlər Nazirliyinə, Ombudsmana, İcra başçısına. Ailə Rusiya və Ukraynanın ölkəmizdəki səfirliyinə də müraciət ediblər. Amma heç bir nəticə olmayıb.


Məsələ ilə əlaqədar Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Elmira Axundova ilə əlaqə saxladıq: “Mən bu barədə heç nə bilmirəm. Səfirlik hal-hazırda orda işləyir mən bu barədə onlara deyərəm maraqlanarlar...”


Hüseynin atası deyir ki, oğlunu əsir götürənlər Qafqaz əsilli olublar. Bunu telefon danışığı zamanı hiss edib. Hüseynin tələbə yoldaşlarından biri isə diaspora nümayəndəsidir. Amin Abdullayev deyir ki, onunla tez-tez əlaqə saxlayırlar: “O deyirdi ki, 26-na qədər telefonun əhatə dairəsi Ukraynanın Berdyansk şəhərində görünürdü. Həmin tarixə kimi onun Berdiyanskda olduğunu demək olar. Hüseyn ordadır, Berdyanskda saxlayırlar onu. Ondan sonra bilinmir hardadı...”


İndi Hüseynin ailəsinin yeganə ümidi aidiyyəti orqanlara qalıb. Övladlarının tezliklə geri qaytarılmasını ümidlə gözləyirlər. APA TV  


https://www.youtube.com/watch?v=Op3UEy7k0KI




Загрузка...
Həmçinin oxuyun:
Rusiya əsgərləri Ukraynada neftçalalı tələbəni girov götürüblər?

Rusiya əsgərləri Ukraynada neftçalalı tələbəni girov götürüblər?

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib

Ukraynada rusların girovluğunda olan azərbaycanlı tələbə atasına zəng edib

Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var

Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var

Ukraynada əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI

Ukraynada əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI

Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” – VİDEO

Ukraynada əsir götürülən Əzizin qardaşı: “O, tələbədir, necə Rusiya tərəfdən döyüşə bilər?” – VİDEO

Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” - FOTO

Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” - FOTO

Amin Musayev erməni əsirliyində başına gələnlərdən danışdı - VİDEO

Amin Musayev erməni əsirliyində başına gələnlərdən danışdı - VİDEO

Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxıb

Azərbaycanlı tələbə Tiflisdə yoxa çıxıb

İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi

İtkin hesab edilən əsgərimizin şəhid xəbəri gəldi

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ+FOTO/VİDEO

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ+FOTO/VİDEO

Ukraynada müharibə başlayandan beş uşaq ölüb, daha 33 uşaq yaralanıb

Ukraynada müharibə başlayandan beş uşaq ölüb, daha 33 uşaq yaralanıb

Əsirlikdə olan Bayram ailəsinə xəbər göndərdi

Əsirlikdə olan Bayram ailəsinə xəbər göndərdi

Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - VİDEO

Şəhid qızı: “Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın xəbəri gəldi” - VİDEO

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Qorxunc ölüm: İtlər məktəbdən evə qayıdan qızı parçaladı

Qorxunc ölüm: İtlər məktəbdən evə qayıdan qızı parçaladı

Onların gələcək taleyinə biganə qalmamaq bizim hər birimizin arzusu olmaqla yanaşı, həm də vətəndaşlıq borcumuzdur.

Onların gələcək taleyinə biganə qalmamaq bizim hər birimizin arzusu olmaqla yanaşı, həm də vətəndaşlıq borcumuzdur.

13 yaşlı qızı qaçırdılar

13 yaşlı qızı qaçırdılar

Fərqlənmə attestatı verilərkən  əsas götürülən kriteriyalar – Rəsmi

Fərqlənmə attestatı verilərkən əsas götürülən kriteriyalar – Rəsmi

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Müharibə şəraitində təhsil

Müharibə şəraitində təhsil

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? – TƏFƏRRÜAT

İtkin düşən tələbə ailəsini də aldadıbmış: İlkin hazırda Polşadadır? – TƏFƏRRÜAT

Qızıl medaldan Nobelə gedən yol - Respublikanın kimya birincisi danışır

Qızıl medaldan Nobelə gedən yol - Respublikanın kimya birincisi danışır

Müharibə Ukraynada 161 uşağın həyatına son qoyub

Müharibə Ukraynada 161 uşağın həyatına son qoyub