Ukraynada girov götürülən azərbaycanlı tələbədən xəbər var
Ukraynada girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayevin azad ediləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
Bunu Hüseyn Abdullayevin atası Amil Abdullayev deyib.
Qeyd edək ki, H.Abdullayev əslən Neftçala rayonundandır. O, Ukraynadan Azərbaycana qayıtmaq istəyərkən girov götürülüb. Tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilə biləcəyini söyləmişdilər.
***
Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə yaradıblar.
Bunu “report”a H.Abdullayevin əmisi Cahin Abdullayev deyib.
“Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi”, – C.Abdullayev söyləyib.