Ukraynadan təxliyə edilən məktəblilərin Azərbaycanda tədrisə cəlb olunması ilə bağlı AÇIQLAMA
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə münasibət bildirib.
Bunu BŞTİ-nin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, quruma Ukraynadan Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə götürülməsi ilə bağlı müraciətlər daxil olub:
“Bununla bağlı heç bir problem yaşanmır”.
O qeyd edib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.