AzTehsil.com


Xəbərlər / Səhiyyə
22 dekabr 2020
1 677


"Buzlu şüşə" diaqnozu ilə bağlı SENSASSİON AÇIQLAMA - Deyilənlər yanlış imiş



"Buzlu şüşə" diaqnozu ilə bağlı SENSASSİON AÇIQLAMA - Deyilənlər yanlış imiş

 

"COVID-19 pnevmaniyası zamanı kompüter tomoqrafiya (KT) ilə ağciyərin zədələnməsinin faizlə göstərilməsinin heç bir elmi əsası yoxdur və məlumatsız pasiyentləri bununla da psixoloji olaraq gərginliyə salmaq yolverilməzdir".

Bunu "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, elmi tədqiqatlara əsasən, ağciyərlərin zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni ağciyərdə dəyişikliyin xəstəliyin neçənci gününə xas olmasının qeyd edilməsi zəruridir:

"Ümumiyyətlə kompüter tomoqrafiya ilə bir neçə vacib məsələyə diqqət yetirilir. Bu barədə mənim özümün də dünyanın nüfuzlu jurnallarında çap edilən elmi tədqiqatlarım var. Amma aylardır diqqətimi çəkən bir məqam var ki, bu, Azərbaycanda icra edilir və heç bir cavabdeh qurum və ya şəxslər buna reaksiya vermir. Bu da ağciyərdə olan dəyişikliyin sadəcə "buzlu şüşə” adlandırılması və faizlə miqdarının göstərilməsidir. Bu, çox ciddi yalnışlıqdır və bu səhvə görə insanın həkimliyinə şübhə ilə yanaşarlar".

"Bu fikirlərlə kimlərisə aşağılamaq fikrim yoxdur. Sadəcə bu kimi halların heç bir elmi əsasının olmaması ilə yanaşı insanları ciddi təşvişə salmaq və narahat etmək yolverilməzdir. Ona görə də bunu deməyi bir həkim kimi özümə borc bilirəm. Bu cavabları yazan həkimlər bilməlidir ki, ümumiyyətlə ağciyərdə olan dəyişikliklərin ilkin mərhələsinin patofiziologiyasında əsas rolu alveolyar epitelin və ağciyər-damar endotelinin zədələnməsi tutur. Müalicə həkimi də ilkin mərhələdə xəstəni kompüter tomoqrafiyaya yönləndirəndə ağciyərlə bağlı bilmək istədiklərindən ən vacibi patologiyanın COVID-19-a tipik olması, onun hansı səviyyədə olması və görünən ağciyər zədələnməsinin (infiltrat) hansı mərhələdə olması, yəni xəstəliyin neçənci gününə aid ağciyər dəyişikliyinin olmasıdır. Digər vacib məsələlər isə xəstənin özünün kliniki vəziyyətindən asılı olaraq fərqli olur. Bir daha təkrarlayıram ki, heç bir müalicə həkiminə faizlə miqdar lazım deyil və lazım olmamalıdır. Bundan başqa, hər kəsdə də "buzlu şüşə” dedikləri dəyişikliyi yazmaq olmaz. Çünki həmin dedikləri dəyişiklik xəstəliyin müəyyən günlərində olur və sonra o öz xarakterini dəyişir. İnsanlara da səslənib bildirmək istəyirəm ki, sizlərə deyilən "buzlu şüşə” heç də qorxulu bir şey demək deyil, hətta əksəriyyətinizin KT cavablarınızda da o səhv yazılıb" - N.Abdullayev əlavə edib.



Загрузка...
Həmçinin oxuyun:
Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO

Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən TÖVSİYƏ

Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən TÖVSİYƏ

Həkim Ədalət Abdullayev: Məktəblərin açılmasına tələsmək lazım deyil

Həkim Ədalət Abdullayev: Məktəblərin açılmasına tələsmək lazım deyil

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Tanınmış həkimdən koronavirusu evdə müalicə edənlərə tövsiyələr: Çoxlu qarpız yeyin, doğramac için...

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

"Sual konkretdir və konkret də cavabı var..Kamran Əsədov bunu bilmirsə, öz günahıdır”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”

Restoran, kafe, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - Azərbaycanlı həkim

Restoran, kafe, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - Azərbaycanlı həkim

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: İkinci dalğa...

Azərbaycanlı həkimdən koronavirusla bağlı proqnoz: İkinci dalğa...

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Müəllimlərin də ipoteka ilə mənzil almaq şansları reallaşır

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ