Ukraynada müharibə başlayandan nə qədər uşaq xəsarət alıb? – Baş Prokurorluq AÇIQLADI
Ukraynada müharibə nəticəsində 250-dən çox uşaq xəsarət alıb.
Bununla bağlı ölkənin Baş Prokurorluğu öz “Telegram” kanalında məlumat yayıb.
“2022-ci il aprelin 3-də səhər saatlarına olan məlumata görə, ölən uşaqların sayı ilə bağlı rəsmi rəqəm dəyişməyib - 158 ölü. Xəsarət alanların sayı isə 258-dən çoxdur”, - məlumatda deyilir.
Uşaqlar ən çox Kiyevdə - 75, Donetskdə - 73, Xarkovda - 56, Çerniqovda - 47, Nikolayevdə - 32, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumidə - 16, Jitomirdə - 15 nəfər zərər çəkib.