AzTehsil.com


Xəbərlər
15 dekabr 2021
900


Azərbaycanda 11 yaşlı uşaq qəlpə yarası alıb




Lənkəranda 11 yaşlı uşaq qəlpə yarası alıb.


“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Gəgiran kəndində baş verib.


Belə ki, 2011-ci il təvəllüdlü Şəhriyar Babək oğlu Məhərrəmzadə həyətdə oynayarkən partlayış baş verib. Nəticədə o, ayaqlarından xəsarət alıb.


İlkin məlumata görə, partlayış yeniyetmənin iriçaplı patronu (mərmini) balta ilə kəsdiyi an baş verib.


Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sağ ayağındakı yara dərin olmayıb. Yeniyetməyə sol baldırın aşağı üçdəbirinin didilmiş yarası və vətərin dərin defekti diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.


İriçaplı pulemyot mərmisinin yeniyetmənin əlinə necə keçməsi araşdırılır.




Загрузка...