Xəbərlər
12 oktyabr 2019
1 928


Bakıda orta məktəbdə dəmirkəsən mişar ustanın sifətini kəsdi

 

 
Bakıda usta orta məktəbdə xəsarət alıb.

Hadisə paytaxtın Xətai rayonu, 17 saylı orta məktəbdə baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Cəfərov İlyamin Elman oğlu həmin məktəbdə təmir işləri görərkən əlindəki dəmirkəsənin daşı qırılıb.

Hadisə nəticəsində İ.Cəfərovun sifətinin sol tərəfi kəsilib.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Məqalə Göndər








Загрузка...