Xəbərlər
25 oktyabr 2021
1 036


Ağstafada 11 sinif şagirdi bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə Göndər








Загрузка...