Xəbərlər / Müəllim
30 avqust 2021
1 100


Göyçayda müəllim bədbəxt hadisə nəticəsində vəfat edib

 

Göyçay rayonunda müəllim bədbəxt hadisə nəticəsində vəfat edib.

AzTehsil.com -ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Şərifov Xəlil Şərif oğlu həyətyanı sahədə su motoru ilə quyudan su çıxararkən ehtiyatsızlıq edib, motorun elektrik naqilindəki nasazlıq səbəbindən cərəyan onu vurub.

X.Şərifov hadisə yerində dünyasını dəyişib. O, Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini, 30 ildən çox Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Məqalə Göndər








Загрузка...