Xəbərlər / Müəllim
06 iyul 2021

Qəbələdə müəllim intihar edib

Qəbələdə müəllim intihar edib

 

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asaraq intihar edib.

Nohurqışlaq kənd tam orta məktəbində kimya müəllimi işləyən Ədalət Mirzəliyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (APA)


Загрузка...
loading...