14 şagird və müəllim bıçaqlanıb
Rusiyanın Perm şəhərində maskalı şəxslər məktəbə hücum edib.
Aztəhsil.com xəbər verir ki, məlumatı Perm Şəhəri Adminstrasiyasının mətbuat xidməti yayıb.
Hadisə şəhərin Motovilixin rayonunda yerləşən 127 saylı məktəbdə baş verib.
Belə ki, iki maskalı şəxs məktəbə hücum edib. Nəticədə 8 uşaq və 1 müəllim bıçaq xəsarəti alıb. Bir şagird və müəllimin vəziyyəti ağırdır. Onlar əməliyyata alınıb. Hadisə ilə bağlı təxminən 700 uşaq məktəbdən evakuasiya edilib.
Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, dərs zamanı iki məktəbli arasında başlayan dava bıçaqlanma ilə nəticələnib. Məktəblilərin hər ikisində bıçaq olub. Müəllim və şagirdlər onları ayırmağa çalışan zaman bıçaq xəsarətləri alıb.