Lütfi Zadə adına məntiq olimpiadasında iştirak etmək istəyənlərin nəzərinə!
Martın 18-də Lütfi Zadə adına məntiq olimpiadasına qeydiyyat prosesi başa çatacaq. Qeydiyyat 18 mart saat 12:00-a kimi davam edəcək.
Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə buraxılış vərəqəsini əldə edə bilərlər.
Qeyd edək ki, aprelin 2-də Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək. Olimpiada Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.