AzTehsil.com


Xəbərlər
16 fevral 2022
734


Universitet müəllimləri tələbələri pula görə kəsirlər? - Rəsmi şəxslər danışdı




Artıq sabahdan ali məktəblərdə yeni semestr başlayır. Məlum olduğu kimi, tələbə semestr imtahanından kəsiləndə akademik borcunu ödəmək üçün bir fənnə görə 25 faiz həcmində vəsait ödəməli olur.


Son günlər sosial şəbəkələrdə ali məktəb müəllimlərinin tələbələri qəsdən kəsdiyinə dair müzakirələ gedir. İddia olunur ki, akademik borc ödənərkən yığılan vəsaitdən müəllimlərə də faiz çatır.


Bu iddialar nə dərəcədə doğrudur? Müəllimlər pula görə tələbələri imtahandan kəsirlrə?


Yenisabah.az-ın əməkdaşı bir neçə universitetin mətbuat katibi ilə əlaqə saxlayıb.


UNEC-in mətbuat katibi Elnarə Məmmədova tələbənin akademik borcuna görə, ödədiyi məbləğin universitetlərin büdcəsinə daxil olduğunu deyib:


“Universitetin əldə etdiyi istənilən gəlir xərclərə sərf olunur. Universitet müəllimlərə öz büdcəsi ilə məvacib verir. O pul büdcəyə yığılır və universitet üçün istifadə olunur. İstər müəllimlərin əmək haqqı, istərs universitetin təmiri, istərsə də digər xərclər büdcədəki vəsaitin hesabına qarşılanır. Deyə bilmərik ki, akademik borcdan əldə olanan gəlir əmək haqqı kimi müəllimlərə verilir”.


AZMİU-nin mətbuat katibi Nəcibə Mirzəyeva isə 25 faiz ödəniş mexanizminin tələbələr üçün əlavə şans olduğunu söyləyib:


“Bizdə Boloniya sistemidir. Kredit proqramı var. Ona uyğun həyata keçirilir. Tələbə kredit sayına görə, 25 faizin məbləğini ödəyir. Təbii ki, pul universitetin ümumi büdcəsinə daxil olur. Dövlət universiteti olsa da, biz özümüzü maliyyələşdiririk. Təhsil haqqı, kreditlər də büdcəyə daxil olur. Bu vəsaitlə kommunal xərclər ödənilir, digər ehtiyaclar qarşılanır. Bu doğru deyil ki, tələbənin akademik borca görə ödədiyi bütün vəsait müəllimin cibinə daxil olur”.


AZTU-nin mətbuat katibi Sevinc İsgəndərova qeyd edib ki, akademik borc üçün yığılan vəsaitdən müəllimlərə heç nə çatmır:


“Bu, doğru iddia deyil. Tələbə öz akademik borcunu ödəyir. Bunda müəllimin maddi marağı yoxdur”.


ADPU-nun mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, tələbənin kəsrinin çox olması müəllimin məvacibinə heç bir təsiri yoxdur:


“Ödənilən məbləğ universitetin büdcəsinə daxil olur. Tələbə imtahandan kəsiləndə 2 gün ərzində müraciət edərək, ödəniş edir. Daha sonra yenidən imtahanda iştirak edir. Bu bütün universitetlərə şamil olunub”.




Загрузка...
Həmçinin oxuyun:
Texniki Universitetin mətbuat katibi işdən çıxdı

Texniki Universitetin mətbuat katibi işdən çıxdı

Universitet təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı güzəştləri etməlidir?- Prorektor tövsiyəsi

Universitet təhsil haqqını ödəyə bilməyən tələbələrə hansı güzəştləri etməlidir?- Prorektor tövsiyəsi

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Bu nüfuzlu universitet azərbaycanlı tələbələri qəbul etməyə hazırdı

Bu nüfuzlu universitet azərbaycanlı tələbələri qəbul etməyə hazırdı

Universitet idarəetməsində yeni addım

Universitet idarəetməsində yeni addım

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

“Tələbələrinin sinəsinə baxan akademik universitetdən qovuldu…”

“Tələbələrinin sinəsinə baxan akademik universitetdən qovuldu…”

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

"Tramp ən sərsəm tələbə idi"- Universitet müəllimi danışdı

"Tramp ən sərsəm tələbə idi"- Universitet müəllimi danışdı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Tələbələr 18 aydan sonra auditoriyalara qayıdır: universitetlər tədrisə hazırdırmı?

Tələbələr 18 aydan sonra auditoriyalara qayıdır: universitetlər tədrisə hazırdırmı?

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

Bu il Bakı Slavyan Universitetini seçən tələbələr çoxalıb

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Texniki Universitet məzunların ixtisası seçimi ilə bağlı DİM-ə rəsmi müraciət edib

Texniki Universitet məzunların ixtisası seçimi ilə bağlı DİM-ə rəsmi müraciət edib

Ali məktəb tələbələri üçün prezident təqaüdü artırılıb

Ali məktəb tələbələri üçün prezident təqaüdü artırılıb