"Tramp ən sərsəm tələbə idi"- Universitet müəllimi danışdı
ABŞ prezident Donald Trampın universitet müəllimi professor Vilyam Kelley onu "qarşılaşdığı ən sərsəm" tələbə adlandırıb.
Aztəhsil.com Türkiyə mətbuatına istinadən bildirir ki, Pensilvaniya Universitetinin müəllimi deyib ki, tələbə Trampla indi Ağ Evdə oturan prezident Tramp arasında hələ də oxşarlıq var:
"Universitetə gəldikdə özünü elə aparırdı ki, sanki hər şeyi bilir".
Qeyd edək ki, bir qədər əvvəl ABŞ-ın dövlət katibi Tillersonun Tramp barədə "axmaq" ifadəsi işlətməsi ortaya çıxmışdı. Bundan sonra isə prezident dövlət katibinə IQ testindən keçməyi tövsiyə etmişdi.