Kölgələr Günəşə meydan oxuyur...
Günəşin təbiət üçün əhəmiyyəti nə qədərsə, müəllimin də cəmiyyətdə rolu o qədərdir.
Müəllim cəmiyyət üçün bir günəşdir ki,bütün cəmiyyət onun nurundan qidalanır.
Sağlam cəmiyyətlər İNSAN, xəstə cəmiyyətlər qaraguruh yetişdirir.Bu gün cəmiyyətin sağlamlaşması kiçikdən böyüyə hər birimizdən asılıdır.
Cəmiyyət torpaqdır,insansa ağac. Baltaya sap olan budaq kimindir?
Bu gün baltaya sap olan budaqların çoxaldığı,onlarin müəllim üzərindən reytinq qazanmaq istəklərinin artdığı cəmiyyətdə yaşayırıq.
Çox təəssüf ki,bu gün KÖLGƏLƏR GÜNƏŞƏ MEYDAN OXUYUR. Qaraguruhun müəllimin üzərinə planlı hücumu onun səxsiyyət kimi "sındırılmasına" hesablanılıb.
Görkəmli Azərbaycan şairi M.Arazın təbirincə desək,
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Məndən səndən ötən zərbə...
Sabah cəmiyyət olaraq hər birimizə dəyəcəkdir.
Bu gün cəmiyyətimizdə formalaşan “ Mənə nə” biganəlik sindiromundan yaxa qurtararaq cəsarət nümayiş etdirməli, unutmamalıyıq ki, KÖLGƏLƏR GÜNORTA YOX OLUR.
Bir az düşünək bəlkə.
Cavid Çələbi.