Etibar Əliyev-Müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır.
Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalşırlar. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlayırlar.
Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdir. Bilmək-preblemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, materilalı interperetasiya etmək və gəldiyi nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır.
Müəllimin bliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndən yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız Orta məktəb dərsliyi ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır.
Konkret olaraq Riyaziyyatla bağlı maraqlı bir misal: 2006-cı ildə Riyaziyyatdan məşhur Filds medalına layiq görülmüş Andrey Okunkov müsahibələrinin birində deyir: "Böyük Riyaziyyatın bir elm kimi məqsədi -bütün düşündürücü məsələlərdə "hə" və "yox" cavabını bilmək deyil, bizim dünyanı dərk etməkdir. Fərz edək ki, hansısa bir yad planetli gəlib deyir: "Bəli Riman hipotesi dəqiqdir və bu da onun isbatı. Siz bunu öz maşınınızda yoxlaya bilərsiniz. Biz bundan nə öyrənə bildik? Heç nə. Ona görə ki, isbat -riyaziyyatın məqsədi deyl. İsbat-bizim dərkimizin (anlamağımızın) ölçüsüdür. Mən hiss edirəm ki, ilbəil tələbələrimin sayı çoxalır. Və başa düşürəm ki, gənclər güclü, çevik və dərin biliklərə malikdirlər. Arzum budur ki, mənim tələbələrim Riman hipotezini isbat edən yadellilərə çevrilməsinlər. "
Ancaq bizim dövrümüzdə teoremi ən tez isbat edəni riyaziyyatı yaxşı bilən adlandırırdıq.