AzTehsil.com


Xəbərlər / Müəllim
21 noyabr 2021
3 336


Təcrübəli müəllimin üzləşdiyi iş problemi – Nazirə məktub




AzEdu.az Kəlbəcər rayon sakini, uzun illər pedaqoji təcrübəyə malik olan  Xəlilova Solmaz Barat qızının müəllimlik fəaliyyəti ilə bağlı üzləşdiyi problemdən bəhs edən və Təhsil naziri Emin Əmrullayevə ünvanlanan məktubunu təqdim edir:


Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev cənablarına  Kəlbəcər rayon sakini Xəlilova Solmaz Barat qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli Emin müəllim! Məlumat üçün bildirirəm ki, mən ixtisasca Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. Bu sahədə 37 illik qüsursuz pedoqoji təcrübəm var.


Son iş yeri olaraq Daşkəsən rayon Zəylik kənd orta məktəbinin nəzdində təşkil olunmuş Kəlbəcər rayon 40 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləmişəm. 2015-ci ildə Daşkəsən rayonunda təşkil olunmuş kurikulum kurslarında iştirak edərək, həmin kursun 1-ci dərəcəli sertifikatını qazanmışam.


2017-ci ildə keçirilən Diaqnostik qiymətləndirmə müsabiqəsində iştirak edərək 21 bal toplamışam (müsabiqənin keçid balı-6 bal). 2017-ci ilin sentyabr ayında şagird sayının yetərli olmaması səbəbindən Təhsil Nazirliyinin qərarı ilə həmin məktəbin fəaliyyəti dayandırıldı və orada çalışan müəllim heyətinin digər məktəblərdə işlə təmin olunmasına başlandı.

Məktəbin Nazirlik tərəfindən bağlanmasına görə hətta diaqnostik qiymətləndirmədə 6, 9, 11 və s. daha az bal toplayan müəllimlər də Təhsil Nazırlıyi tərəfindən müxtəlif məktəblərdə işlə təmin olundu. Digər müəllimlər kimi, mən də yaxın məktəblərdə işimə bərpa olunmaq üçün sıramı gözlədim. Bir neçə ay gözlədikdən sonra yaşadığım Daşkəsən rayon Zəylik kənd orta məktəbində ixtisasım üzrə vakant yer olduğuna görə Kəlbəcər rayon təhsil şöbəsinə müraciət edərək həmin məktəbdə işlə təmin olunmağımı xahiş etdim.

Bildirdilər ki, məsələ ilə bağlı Daşkəsən rayon təhsil şöbəsinə, eləcə də Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinə müraciət olunacaq və yaxın vaxtlarda məsələ öz müsbət həllini tapacaq.

Bir neçə ay gözləmə mövqeyində dayandım, hər dəfə maraqlandıqda isə bir qədər gözləməyimi tövsiyyə etdilər.


Vaxtın çox uzandığını görüb eyni mövzu ilə bağlı 31 may 2018-ci il tarixdə sabiq Təhsil Naziri Ceyhun Bayramov cənablarına müraciət ünvanladım və kənddə yerləşən məktəbdə ixtisasım üzrə vakant yer olduğunu nəzərə alaraq, orada işlə təmin olunmağım üçün köməklik göstərməsini xahiş etdim.


Eyni zamanda məsələ ilə daha yaxından maraqlanmaq üçün həyat yoldaşım (Xəlilov Xəlil Cabbar oğlu - uzun müddət 40 saylı məktəbin direktoru vəzifəsində çalışıb, yaş həddinə görə elə oradan da təqaüdə çıxıb) Bakıya yola düşərək Təhsil Nazirliyində müraciətimizin aqibəti ilə maraqlandı.

Oradan bildirildi ki, müraciətə yaxın zamanlarda baxılacaq. 31 iyul 2017-ci il tarixdə İnsan resursları şöbəsinin müdiri əvəzi Eşqi Bağırovun adından məktub göndərildi.

Həmin məktub 10 avqust 2018-ci il tarixdə Daşkəsən rayonuna, 5 sentyabrda isə bizə çatdı. Lakin məktubda topladığım diaqnostik balın az olması səbəbindən işlə təmin olunmağımım mümkünsüz olduğu vurğulanmışdı.


Yenidən Təhsil Nazirliyinə müraciət edib məktəbin bağlanmasının nazirliyin qərarı olduğunu və əvvəldən qeyd edildiyi kimi diaqnostik qiymətləndirmənin müəllimlərin işlərinin itiriləcəyi ilə heç bir əlaqəsinin olmadığını xatırlatdıqdan sonra, qısa müddət ərzində işlə təmin olunacağımı bildirdilər.

Bu məqsədlə Kəlbəcər Rayon Təhsil şöbəsinə müvafiq göstəriş veriləcəyi də vurğulandı. Bir neçə gün keçdikdən sonra Kəlbəcər Rayon Təhsil şöbəsindən zəng edərək məni şöbəyə dəvət olundum və bildirildi ki, işə bərpa olunmağım üçün Təhsil Nazirliyinin Kadrlar Şöbəsindən tapşırıq verilib, yaxın bir neçə həftə ərzində araşdırma aparıb yaşayış yerimə daha uyğun bir məktəbdə işlə təmin olunacağam.


Həftələr uzandı, hər dəfə nəticəni soruşduqda isə müvafiq yer axtarıldığını, tapılan kimi işimə bərpa olunacağımı bildirirdilər. Nəhayət Kəlbəcər Rayon Təhsil şöbəsinin müdiri vəzifəsindən uzaqlaşdırıldı, yeni müdir təyin olundu. Beləliklə, mənim işlə təmin olunmağım üçün aparılan işlər də yarımçıq qaldı.

Yuxarıda qeyd etdiyim bütün cəhdlərə baxmayaraq, 2017-ci ildə məktəbin bağlanmasından bu günə qədər pedoqoji fəaliyyətimə son qoyulub. Hazırda ailənin maddi durumu elə də yaxşı olmadığından işləməyimə böyük ehtiyac var. Qeyd olunanları nəzərə alaraq ixtisasım üzrə yenidən pedoqoji fəaliyyətimi davam etdirmək üçün mənə köməklik göstərməyinizi xahiş edirəm.




Загрузка...
Həmçinin oxuyun:
21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

21 bal toplayan işsiz müəllim Təhsil Nazirliyinə səsləndi.."9 bal toplayan ədəbiyyat müəllimi bu dəqiqə direktor kimi çalışır"

Keçmiş şöbə müdiri od püskürdü

Keçmiş şöbə müdiri od püskürdü

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Kəlbəcər Təhsil Şöbəsinə yeni təyinat olub

Kəlbəcər Təhsil Şöbəsinə yeni təyinat olub

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

“Qarabağın məşhur müəllimləri” – Məmməd Aslan

Təhsil naziri Emin Əmrullayev sakinləri videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil naziri Emin Əmrullayev sakinləri videobağlantı vasitəsilə qəbul edəcək.

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Emin Əmrullayev əmr imzaladı: Direktor işdən çıxarıldı - FOTO

Emin Əmrullayev əmr imzaladı: Direktor işdən çıxarıldı - FOTO

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Yeni təhsil naziri kimdir?-DOSYE

Yeni təhsil naziri kimdir?-DOSYE

27 il Kəlbəcərsiz

27 il Kəlbəcərsiz

Emin Əmrullayev Azərbaycan Texniki Universitetinin qonağı olub

Emin Əmrullayev Azərbaycan Texniki Universitetinin qonağı olub

Emin Əmrullayev Bakı Ali Neft Məktəbində olub

Emin Əmrullayev Bakı Ali Neft Məktəbində olub

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Kəlbəcər, Naftalan, Xocalı və Goranboy rayon təhsil işçiləri ilə görüş

Kəlbəcərdə məktəb direktorunun Məhəbbət xanıma olan “məhəbbəti”-Şok audio səs

Kəlbəcərdə məktəb direktorunun Məhəbbət xanıma olan “məhəbbəti”-Şok audio səs

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Ermənilərin dağıtdığı tarixi məktəbdə tanınmış azərbaycanlı ziyalılar müəllimlik edib -Emin Əmrullayev

Kəlbəcər rayonuna aid məktəblərdə nəzarət gücləndirilib - VİDEO

Kəlbəcər rayonuna aid məktəblərdə nəzarət gücləndirilib - VİDEO

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

"Müəllimin ölümünün diaqnostik qiymətləndirmə ilə heç bir əlaqəsi yoxdur"

"Müəllimin ölümünün diaqnostik qiymətləndirmə ilə heç bir əlaqəsi yoxdur"

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək