AzTehsil.com


Xəbərlər
27 iyul 2020
7 549


Yeni təhsil naziri kimdir?-DOSYE



 

Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin olundu.

 1982-ci ildə anadan olmuş Emin Əmrullayev hazırda ölkənin ən gənc naziridir. Bu təyinata qədər Nazirlər Kabinetinin strukturunda ən gənc şəxs Dövlət Miqrasiya Xidmətinin rəisi, 1980-ci il təvəllüdlü Vüsal Hüseynov idi.

38 yaşlı Emin Əmrullayevin uzun illərdir Təhsil Nazirliyindəı çalışdığı və təcrübəli kadr olduğu bildirilir.

Emin Abdullayev son təyinatına qədər, Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri, sonradan Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun direktoru olub. 



Загрузка...
Həmçinin oxuyun: