Elm və bilik haqqında müdrik kəlamlar
Sən nə qədər bilirsən bil, sənin biliyin qarşındakının anladığı qədərdir.
(Cəlaləddin Rumi)
***
Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzəyər: ya sahilə çırpılıb parçalanar, ya da tufana düşüb batar.
(Pifaqor)
***
Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
(Ərəb atalar sözü)
***
Biliyə aparan yeganə yol zəhmətdir.
(Bernard Şou)
***
Ağıl köhnəlməyən geyimdir, bilik tükənməyən mədən.
(Qırğız atalar sözü)
***
Öz bildiyini başqalarına öyrət, başqalarının bildiklərini də özün öyrən.
(Yohan Volfqanq Höte)
***
Gələcəkdə peşman olmaq istəmirsənsə, öz ailəni təhsildən məhrum etmə.
(Aleksandr Sergeyeviç Puşkin)
***
O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir, o, alimdir, ona ehtiram edin. O adam ki, bilir və biliyinə güvənmir, o, özündən xəbərsizdir, onu tənqid edin. O adam ki, bilmir və öyrənməyə cəhd edir, o, zəhməkeşdir, ona kömək edin. O adam ki, bilmir və öyrənmək də istəmir, o ağılsızdır, ondan uzaq olun.
(N.Tusi)
***
Hər şey haqqında bir şey və bir şey haqqında hər şey öyrənməyə çalışın.
(T.Huksley)
***
Sadəcə bir yaxşı şey vardır – bilik; və sadəcə bir pis şey vardır – cahillik.
(Sokrat)