AzTehsil.com


Xəbərlər / Müəllim
02 noyabr 2021
3 028


Çin hakimiyyəti repetitorluğa «zərbə» vurdu




Çin hakimiyyəti məktəbdən kənar təhsil sahəsində fəaliyyət göstərən özəl şirkətlərlə (repetitor xidmətləri göstərən) ciddi məşğul olmaq qərarına gəldi. Artıq nəticə də var: Yeniliyin tətbiqindən və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son 3 ayda belə şirkətlərin 40%-dən çoxu bağlanmaq məcburiyyətində qalıb.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, 2021-ci il iyulun sonlarında ÇXR Dövlət Şurasının xüsusi qərarı dərc olunub, burada şagirdlərin yükünün azaldılmasına əsas diqqət yetirilib.

Çin hakimiyyətinin fikrincə:

-2021-ci ilin sonuna qədər məktəbliləri müxtəlif imtahanlara hazırlaşdıran bütün qeyri-dövlət Çin şirkətləri qeyri-kommersiya əsasına köçürülməlidir;

Bu fəaliyyət sektorunda özəl şirkətlərin işinə qadağa qoyulacaq. Yalnız iki istisna – “bədən tərbiyəsi” və “incəsənət” fənləri üzrə uşaq hazırlayan şirkətlərə qadağalar şamil olunmayacaq.

Qeyd edək ki, Çində repetitor sektorunun maliyyəsi 120 milyard dollar qiymətləndirilir.

Oruc Mustafayev




Загрузка...