Ceyhun Bayramov BDU-da tələbələrə mühazirə oxuyub
Xarici işlər naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetində (BDU) tələbələrə mühazirə oxuyub.
Bu barədə nazir "Twitter" hesabında paylaşıb.
“Bu gün ölkəmizin 8 ali təhsil ocağından tələbələrlə çox səmimi və maraqlı görüşümüz oldu. 44 günlük Vətən mühariəsi sonrası Azərbaycanın xarici siyasəti barədə tələbələri maraqlandıran sualları cavablandırdım”, - C.Bayramov yazıb.
Nazir görüşə ev sahibliyi edən BDU-ya təşəkkür edib.