AzTehsil.com


Xəbərlər / Müəllim
02 oktyabr 2021
1 974


Məktəblərdə yeni gündəm: Parta arxasına keçməyin çətinlikləri nədir? - ARAŞDIRMA



Məktəblərdə yeni gündəm: Parta arxasına keçməyin çətinlikləri nədir? - ARAŞDIRMA

 

Pandemiya dövründə məktəblər gah açıldı, gah bağlandı, dərslər, əsasən, onlayn keçirildi. Bu müddətdə valideynlər ən çox ibtidai siniflərdə oxuyan övladları üçün narahat idilər. Çünki bu uşaqların məktəbə alışqanlıqları hələ yeni formalaşır ki, bu müddəti də evdə keçirirdilər. Bir neçə gündür ki, ibtidai sinif şagirdləri məktəbdə, parta arxasında təhsillərinə davam etməyə başlayıblar. Proses necə gedir? İbtidai sinif şagirdləri dərs mühitinə öyrəşə bilirlər? Uşaqların məktəbə alışması üçün müəllim və valideynlərdən asılı olan nələrdir?

Mövzuyla bağlı "Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.

Psixoloq Günel Hacızadə deyir ki, uşaqların məktəb mühitinə yenidən alışmasında valideynlər daha çox rol oynayır. Valideynin uşağı evdən hansı sözlərlə yola salması çox önəmlidir:

"Məktəbə göndərməzdən əvvəl onlarla danışmalı, hisslərini sərbəst şəkildə ifadə etməsinə şərait yaratmalıdırlar. Çünki uşaq hisslərini ifadə edə bilərsə, özünü rahat hiss edər. "Qayğılarını başa düşürəm, sənə həmişə dəstək olacağam. Əminəm ki, müəllimlərin də dəstək olmağa çalışacaq. Məktəbdə çətinlik yaşasan, bunu mənə deyərsən. Dostlarınla ünsiyyət qurmağa çalış, müəllimlərin suallarına cavab ver”. Bu cür motivasiyaedici cümlələr qurmalıdırlar”.
 

 

G.Hacızadə bildirdi ki, pandemiya dövrüdür, uşaqların virusla bağlı qorxuları, narahatlıqları ola bilər. Bu da onların məktəbə alışmasında öz təsirini göstərə bilər:

"Uşaqlar maska taxmalı, çantalarında spirt olmalıdır. Karantinlə bağlı bu kimi qaydaları da izah etmək lazımdır. Təlimatları verdiyimiz zaman da narahatlığımızı hiss etdirməməliyik. Bu, yaşından asılı olmayaraq istər ibtidai sinif uşaqlarında, istərsə də yuxarı sinif uşaqlarında təşvişə səbəb ola bilər. Dərsə təzə başlamış uşaq xəstələnib evdə qalarsa, yeni bir travma yaranar və məktəbə getməkdən imtina edə bilər”.

Günel Hacızadənin sözlərinə görə, müəllimlər isə uşaqlarda dərsə gəlməyə həvəs yaratmalıdır:

"Məktəbin açılmasını çox böyük həvəslə gözləyən uşaqlar daha tez adaptasiya olacaqlar. Ancaq məktəbə getməyə həvəsli olmayan qrup da var. Ona görə, müəllimlər uşaqların verdikləri reaksiyalara fərdi yanaşmalıdırlar. Müəllim dərs mühitində motivator rolunu oynamalı, müsbət enerjini ötürməyi bacarmalı, kiçik mükafatlarla uşaqda məktəbə gəlmək həvəsi yaratmalıdır. Dərs oxuması üçün təşviq hissi verməlidir ki, məktəbə həvəslə gedib-gələ bilsinlər”.

Psixoloq bildirir ki, onlayn təhsildən sonra bəzi uşaqların lövhə qarşısında dərs danışmağa alışması bir az çətin ola bilər. Müəllimlər bu qorxuları başa düşüb şagirdlərə dəstək olmalıdır:

"Məktəb və ya sosial qorxunun yaranması böyük ehtimaldır. Çünki kompüter arxasında dərs danışmaq daha rahatdır. Müəllimlər uşaqların lövhədə stress keçirdiklərini, özlərini ifadə edə bilmədiklərini müşahidə edərlərsə, həmin şagirdlərə partanın yanında dayanaraq cavab verməyə şərait yaratsınlar. Sərbəst şəkildə özünü ifadə edə bildiyi zaman lövhəyə çıxararlar. Uşaqlar lövhə qarşısında ona görə çətinlik çəkir ki, hər kəs ona baxır və istər-istəməz qorxu hissi yaranır, nəyisə səhv deyə biləcəyini düşünür. Parta arxasından danışdığı zaman yalnız müəllim baxır, digərləri dinləyir deyə, özünü daha rahat ifadə edə bilir”.
 

 

 Müəllim Reyhan Dadaşovanın sözlərinə görə, uşaqların məktəb üçün darıxdıqları ilk gündən hiss olunur:


"Uşaqların sevincinin həddi-hüdudu yox idi. Uşağın biri deyir ki, müəllim, səhərə qədər yatmamışam. Soruşuram, ay oğul, niyə yatmayıbsan? Deyir, yatmadım ki, səhər tez açılsın, müəllimi, uşaqları, məktəbimizi, sinfimizi görüm. Başqa biri deyir ki, çantamı nə vaxtdan hazırlamışam. Hələ hava işıqlanmamış yerimdən qalxıb məktəbə gəlməyi gözləmişəm”.


R.Dadaşova bildirdi ki, uşaqlar həvəslə gəlsələr də, ilk günlər dərslərə adaptasiya cəhətdən müəyyən çətinliklər yaşanıb:


"Parta arxasında oturmaq üçün də darıxdıqları hiss olunurdu, ancaq daha çox bir-birləri ilə söhbət etmək istəyirdilər. Tez-tez ayağa qalxır, pəncərədən çölə baxırdılar. Dərsə qarşı diqqətləri əvvəlki kimi deyil. Çünki telefon arxasında istədikləri hərəkəti etdiklərinə görə artıq parta arxasında oturmaq istəməmələri də normaldır. Burda biz müəllimlərin üzərinə düşən odur ki, onların auditoriyada dərsə alışmaqla bağlı çətinliklərini aradan qaldıraq. Bir neçə gündür dərs başlayıb, artıq irəliləyişlər var. Çalışırıq ki, uşaqların diqqəti yayınmasın. Sual-cavab aparır, yarışlar təşkil edir, oyunlar keçiririk. Bunun nəticəsini də hiss edirik. Amma kənarda qalan, dərsə meyili olmayan uşaqlar da var. Təbii ki, zamanla onlar da alışacaq. Sadəcə vaxt məsələsidir”.


R.Dadaşova deyir ki, uşaqlar daha çox praktiki dərslər üçün darıxıblar:


"Pandemiya dövründə keçə bilmədiyimiz dərslərə toxunuruq, diaqnostik qiymətləndirmə aparırıq. Əksər uşaqlar istəyirlər ki, rəsm çəksinlər, texnologiyaya aid əşyalar hazırlasınlar. Pandemiya vaxtı bu cür dərslərlə tam məşğul ola bilmirdilər. Evdə keçən ildən işlənməmiş plastilinləri, karandaşları, rəsm albomları qalıb deyə, indi həvəslidirlər”.





Загрузка...
Həmçinin oxuyun:
Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Uşaqların məktəbə adaptasiyası çətin olacaq - Onlayn təhsildən ənənəvi təhsilə keçidin fəsadları

Uşaqların məktəbə adaptasiyası çətin olacaq - Onlayn təhsildən ənənəvi təhsilə keçidin fəsadları

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması  çətinləşir"

Məktəbə hazırlıq üçün PSİXOLOQ MƏSLƏHƏTİ:“Evdən ayrılabilmə bacarığını göstərməyən uşaqların məktəbə uyğunlaşması çətinləşir"

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdi

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdi

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşaqların məktəbə hazırlıq dövrü

Uşaqların məktəbə hazırlıq dövrü

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Məktəbə getmək istəməyən uşaqla necə rəftar etməli? - QIZIL MƏSLƏHƏTLƏR

Məktəb qorxusu nədir?

Məktəb qorxusu nədir?

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Psixoloq: Valideynlərin ən böyük yanlış addımı uşaqlarını tanıya bilməmələridir...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Şagird dünyası və psixologiyası - Bu dövrdə uşaq...

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

İlk dərs günlərinin psixoloji səhvi

İlk dərs günlərinin psixoloji səhvi

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Dərs oxumaq istəməyən uşaqların problemi nədir?

Dərs oxumaq istəməyən uşaqların problemi nədir?

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Övladın qarşısına qoyulan hədəflər onu daha məsuliyyətli edir

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

İbtidai sinif yaşı: 6, yoxsa 7 olsun? - ARAŞDIRMA

İbtidai sinif yaşı: 6, yoxsa 7 olsun? - ARAŞDIRMA