AzTehsil.com


Xəbərlər / Səhiyyə
02 oktyabr 2021
1 415


Hər bölgənin öz xəstəliyi: Xərçəng xəstələri ən çox Bakıda yaşayır - EKSPERT



 

Adətən hər hansı xəstəliklə bağlı həkimə müraciət etdikdə onun ilk sualı "hansı bölgədənsən?” olur.

Xəstəliklərimizlə yaşadığımız bölgəyə uyğunlaşır, birlikdə inkişaf edirik. Bəzi hallarda xəstəliyin bizi məhkum etdiyi bölgədə yaşamağa məcbur oluruq. Ümumiyyətlə, bölgələrin spesifik xəstəlikləri hansılardır? Hansı bölgə xəstəliyi ilə məşhurdur?

Mövzuyla bağlı "Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.

 Bakı Dövlət Universitetinin Genetika kafedrasının müəllimi Könül Hacıyeva deyir ki, Azərbaycanda ən çox yayılan xəstəlik talassemiyadır:

"Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göycay, Şamaxı, Ağdaş, Ucar, Saatlı, Sabirabad, Salyanda beta-talassemiyanın geninin heteroziqot daşıyıcılığı praktiki sağlam olan insanlarda daha çoxdur”.

Genetikin sözlərinə görə, Azərbaycan talassemiyanın yayılmasına görə dünyada 4-5-ci yerləri tutur:

"Ölkədə əhalinin təxminən 8 faizi talassemiya xəstəliyinin heteroziqot daşıyıcısıdır. Həmin insanlar praktiki sağlamdırlar. Praktiki sağlam olan iki heteroziqot şəxs ailə qurarsa, belə ailədə talassemiyalı xəstə uşağın doğulması riski hər növbəti hamiləlik üçün 25 faizə bərabər olacaq”.

Həkim deyir ki, Azərbaycanda qohum nikahlarının çoxluğu talassemiyanı inkişaf etdirən ən böyük faktordur:

"Xəstəlik nəsildən nəslə ötürülüb. Söhbət yaxın qohumdan getmir. Bu, uzaq qohum da ola bilər. Artıq daşıyıcıdırlarsa, növbəti nəsildə üzə çıxa bilir. Bölgələrdə elə kəndlər var ki, əsrlərdir onlar kənar kəndlərdən olan şəxslərlə ailə qurmurlar”.

Lənkəran-Astarada yaşayan əhali arasında anemiyaya gətirib çıxaran Q6FD fermentinin çatmazlığı yüksək tezlikdə (9-36,2%) təsadüf edilir. Abşeron rayonunun Qobu kəndində Elers-Danlos adlı birləşdirici toxumanın xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Belə xəstələrdə dəri həddindən artıq elastik olur. Həmin kənddə bu irsi xəstəliyin 80-dən yuxarı daşıyıcısı var. Abşeron rayonunun Buzovna qəsəbəsinin əhalisində hemofiliya, irsi qan xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Quba, Qusar, Füzuli rayonlarında insanlarda dəmir çatışmazlığı çox olur ki, bu da qan azlığına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinən xəstəlik var:

"Azərbaycanda hemoqlobin xəstəliyi olan anormal hemoqlobinləri qeyd etmək olar. Anormal hemoqlobinlərdən ən çox təsadüf ediləni oraqvari anemiyadır. Respublikada, əsasən Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağdaş rayonlarında, Xaçmaz rayonunun isə yalnız Nərəcan kəndində bu xəstəliyə təsadüf edilir. Bunun da səbəbi odur ki, keçən əsrin əvvəllərində Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakinləri - bir neçə ailə Nərəcan kəndinə köçmüş və oraqvari anemiyanın genini özlərilə gətirmişlər. Oraqvari anemiyanın klinikası böyük talassemiyanın klinikasına çox bənzəyir. Keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinir”.

Ən çox rast gəlinən xromosom xəstəliyi isə Daun sindromudur. Hazırda hər 800-1000 doğuşdan birində Daun sindromu aşkarlanır. Bütün ağıl kəmliyi olan uşaqlar arasında Daun sindromu 10-12 faiz təşkil edir. Bu xəstəliyə qız və oğlanlar eyni cür tutulur. Bu problem, daha çox Biləsuvar və Qax rayonlarında geniş yayılıb.

Ən geniş yayılan multifaktorial xəstəliklərə gəlincə, həkim deyir ki, bu sırada şəkərli diabet və astma problemlərini demək olar. Onların genetik meyillilik və ətraf mühit amilinin təsiri altında yarandığı müəyyən olunub. Bu xəstəliklər Azərbaycanın bir çox rayon və şəhərlərində geniş yayılıb.

Oftalmoloq Fidan Abdullayeva deyir ki, göz xəstəliyi keratakonus Naxçıvan bölgəsində yayılıb:

"Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Özəlliyi odur ki, heç bir ağrı vermədən görməni get-gedə azaldır. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir”.

Statistikaya görə, xərçəng xəstələri ən çox Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Xərçəngin yayılmasında mühüm amil radiasiyadır. Bu xəstəliyin ən çox yayıldığı ikinci ərazi Azərbaycanın cənub bölgəsidir. Burada çox yayılmasının səbəbi isə əhalinin məşğuliyyətidir. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər.

Xəstəliklərin yayılma səbəblərinə gəldikdə isə mütəxəssis deyir ki, iqlim faktoru, əhalinin əsas məşğuliyyəti önəm daşıyır. Bir çox hallarda təbiət, daimi hava şəraiti, hətta təbii fəlakətlərin də rolu olur.



Загрузка...
Həmçinin oxuyun:
DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Ən çox hansı xəstəlik yayılıb? - Açıqlama

Ən çox hansı xəstəlik yayılıb? - Açıqlama

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Bu içki 5 XƏSTƏLİKDƏN qoruyur

Bu içki 5 XƏSTƏLİKDƏN qoruyur

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Təbaşir uşaqlar üçün hansı xəstəliyi yaradır?

Azərbaycanda bu xəstələrin sayı sürətlə artır, həkimlər isə...

Azərbaycanda bu xəstələrin sayı sürətlə artır, həkimlər isə...

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ

Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Allergiya niyə inkişaf edir? Allergiyanın simptomları və profilaktikası

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Dırnaq batması - SƏBƏBLƏR

Dırnaq batması - SƏBƏBLƏR

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz - QADAĞA SİYAHISI

Bu xəstəliyi olanlara koronavirus peyvəndi olmaz - QADAĞA SİYAHISI

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Həkim-nevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər

Həkim-nevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

Doğulduğunuz ayın xəstəliklərə İNANILMAZ TƏSİRİ - Həkim AÇIQLADI

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

“Bağçalarda xəstəlik yayılıb” şayiəsi təşviş yaratdı - Baş pediatrdan valideynlərə xəbərdarlıq

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur