AzTehsil.com


Xəbərlər / Səhiyyə
08 iyul 2021
1 231


Həkimdən həyəcan TƏBİLİ: “COVID-19-a yoluxanlarda 30-40 faiz böyrək zədələnməsi müşahidə edilir” - MÜSAHİBƏ



 

Bir ildən çoxdur ki, bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlər görən Azərbaycan digər ölkələrlə müqayisədə bu dövrü daha az itki ilə keçirir.

Təəssüf ki, pandemiyanın ikinci, üçüncü dalğası gəlməkdədir. Bir çox ölkələrdə artıq COVID-19 infeksiyasının mutasiyaya uğramış variantlarına - "Britaniya ştammı”, "Hindistan ştammı”, eləcə də "Delta” və "Delta plus”a yoluxmalar qeydə alınıb. Virusun qeydə alınan variantlarına yoluxmalar isə kifayət qədər sürətlə gedir.

COVID-19 infeksiyasına yoluxanlar arasında yanaşı xəstəlikləri olan, xüsusilə də böyrək çatışmazlığından əziyyət çəkən insanlar da olub. Mövcud vəziyyətin daha da çətinləşməsi yanaşı xəstəlikləri olan insanları daha da təlaşlandırır.

Mövzu ilə əlaqədar suallarımızı həkim-nefroloq Mirmənsim Məmmədov cavablandırıb. 

Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədovun Oxu.az saytına müsahibəsini təqdim edirik:

- Həkim, öz sahəniz üzrə COVID-19 xəstələrində ən çox rast gəldiyiniz ağırlaşmalar hansılardır?

- Ümumi yanaşmada xroniki böyrək çatışmazlığı olan xəstələrdə digər xəstə qruplarında olan ağırlaşmalar görünür. Amma xəstəliyin seyretmə şəkli və sağalma müddəti bu tip xəstə qruplarında fərqlənir. Yəni, böyrək çatışmazlığı olan hər hansı bir xəstədə COVID-19, yaxud digər səbəbdən sepsis və digər ağırlaşmalar müşahidə edilərsə, həmin halda müalicənin aparılması çətinləşərək daha spesifik hala gəlir.

Əgər hər hansı xroniki böyrək çatışmazlığı olan xəstə daha öncə dializə girmədən dərman müalicəsi alaraq öz həyatına davam edirdisə, COVID-19 və ya digər infeksion xəstəliklər səbəbindən dializ almağa məcbur qalır. 

- Orqan transplantasiyası olunmuş xəstələrdə COVID-19 xəstəliyi hansı şəkildə irəliləyirdi?

- Böyrək transplantasiyası olunmuş xəstələrdə COVID-19 infeksiyası zamanı müraciətlərdə ilkin günlərdə böyrək funksiyası testlərində ciddi dəyişiklik hiss edilmirdi. Xəstəliyin daha ağırlaşmış mərhələlərinə keçdikcə (sepsis, sitokin sırtınası və s) xəstələrin böyrək funksiyasını göstərən testlərin sürətli yüksəlməsini, hətta hemodializə ehtiyac olmasını müşahidə edirdik.

- Öz ixtisasınız üzrə COVID-19 xəstələrində ən çox rast gəldiyiniz ağırlaşmalar hansılardır?

- COVID-19 infeksiyası keçirən xəstələrdə və eyni zamanda reanimasiyada digər xəstəlik səbəbi ilə yatanlarda nefrolojik olaraq ən çox rast gəlinən ağırlaşma kəskin böyrək zədələnməsidir. Bu pandemiya dönəmində də bu tip ağırlaşmaları müşahidə etdik. Bunlardan bəzilərini dərman müalicəsi ilə, bəzilərini isə hemodializ və digər böyrək əvəzedici prosedurlarla həyata keçirdik.

- Efferent terapiya şöbəsində xəstələrə hansı metodla ilkin müdaxilə edilir?

- Nefrologiya ve efferent terapiya şöbəsi olaraq stasionarda və reanimasiyada yatan xəstələrdə böyrək funksional testlərində bir patoloji hal müşahidə edildikdə dərhal həmin xəstələr nəzarət altına götürülür, lazımı dərman və digər müalicələr təyin olunur. 

- COVID-19 xəstələri ilə çalışdığınız dövrdə ortalama nə qədər xəstədə böyrək zədələnmələrinə rast gəlindi?
 
- Bu suala ümumi cavab verəcəm. Çünki, daxil olan xəstə çeşidi fərqlidir. Daha öncə böyrək çatışmazlığı olan və əvvəllər böyrək çatışmazlığı olmayan xəstələrdə fərqli statistik rəqəmlər meydana çıxır. Amma daha öncə böyrək çatışmazlığı olmayan və COVID-19 infeksiyası ilə daxil olan xəstələrdə 30-40 % böyrək zədələnməsi müşahidə etdik.



Загрузка...
Həmçinin oxuyun:
Böyrək xəstələri, DİQQƏT! - Gündə 3 stəkan...

Böyrək xəstələri, DİQQƏT! - Gündə 3 stəkan...

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacaq?

COVID-19-dan sonra tam sağalma müddəti və TÖVSİYƏLƏR

COVID-19-dan sonra tam sağalma müddəti və TÖVSİYƏLƏR

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Kimlərə çiyələk yemək olmaz?

Kimlərə çiyələk yemək olmaz?

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Hər xəstə KT-dən keçməməlidir - CİDDİ XƏBƏRDARLIQ

Bu şəxslər ÇAY içməməlidir!

Bu şəxslər ÇAY içməməlidir!

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Böyrək daşı, diabeti olanlar BU ÇAYDAN İÇSİN

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

Dünyanı qorxuya salan Britaniya ştammı nədir və əlamətləri hansıdır?

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Covid-19-dan sağalan şəxslər də vaksinasiya olunmalıdır - TƏBİB

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Həkimdən evdə müalicə alan koronavirus xəstələrinə XƏBƏRDARLIQ

Qara və qırmızı qarağat

Qara və qırmızı qarağat

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Koronavirusun yeni dermatoloji əlaməti aşkarlandı

Koronavirusun yeni dermatoloji əlaməti aşkarlandı

İstidə duz əlavə olunmuş su için! Mütəxəssislərdən vacib tövsiyə

İstidə duz əlavə olunmuş su için! Mütəxəssislərdən vacib tövsiyə

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Bu şəxslər COVID-19 virusuna yoluxmayacaq - AÇIQLAMA

Bu şəxslər COVID-19 virusuna yoluxmayacaq - AÇIQLAMA

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ