AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
07 sentyabr 2021
1 304


Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil Avtobusu – Qayıdış” layihəsi keçiriləcək



Qarabağın bölgələrindən olan şagirdlər üçün “Təhsil Avtobusu – Qayıdış” layihəsi keçiriləcək

 

Sentyabrın 7-14-də "Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində Qarabağın bölgələrindən olan şagirdlər üçün "Təhsil Avtobusu – Qayıdış” layihəsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a layihənin rəhbəri Ülviyyə Axundova məlumat verib.

Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağının artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcəbədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər təşkil olunacaq. Layihədə 192-dən çox şagird əhatə olunacaq.

Sentyabrın 14-dək davam edəcək layihə çərçivəsində orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri üçün Qarabağ mövzuları əsasında dərslər, peşə, sosial sahibkarlıq, natiqlik, sağlamlıq, incəsənət, motivasiya istiqamətində təlimlər təşkil olunacaq. Onlar intellektual yarışlarda iştirak edəcəklər.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

"Təhsil Avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və "Kapital Bank”ın əsas dəstəyi, "Vətəndaş Cəmiyyətində Debat”, "Qarabağa dönüş” ictimai birliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Skautlar Assosiasiyası, "SABAH” qrupları, "Bir” tələbə-könüllü proqramı, Vitam Reklam, "Asmart” yaradıcılıq mərkəzi, "Kids Inc” proqramı, "Edumap” Təhsil Portalı, "Spatrix”, Azərbaycan İntellektual Klublar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutacaq.

Qeyd edək ki, "Təhsil avtobusu” yay məktəbi "Azərbaycan üçün öyrət” təhsil proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016, 2017, 2018, 2019-cu illərdə keçirilən "Təhsil avtobusu” yay məktəbi nəticəsində 8 min 500 km yol qət edilib. Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çox şagird və tələbəsi cəlb olunub. Təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.



Загрузка...
Həmçinin oxuyun:
“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” yay məktəbi

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Şamaxıda yekunlaşıb

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Təhsil avtobusu” yay məktəbinə start verilir

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi keçiriləcək

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Qayıdış” Yaz Məktəbi başa çatıb.

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

“Təhsil avtobusu - Nəsimi” layihəsi ilə bağlı 2019-cu ilin yekunlarına dair tədbir

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

Direktor məktəbinin Yay məktəbi layihəsində iştirakı üçün hara və necə müraciət etməlidir?

V SABAH Tələbə Debat Forumu

V SABAH Tələbə Debat Forumu

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“eTwinning” layihəsi çərçivəsində regional konfrans

“eTwinning” layihəsi çərçivəsində regional konfrans

“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq

“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq

“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişlənir

“eTwinning Plus” layihəsinin əhatə dairəsi genişlənir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

Qusar orta məktəbi pilot layihədə qalib olub

Qusar orta məktəbi pilot layihədə qalib olub

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Məktəblinin dostu” layihəsi

“Məktəblinin dostu” layihəsi

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“SABAHın müəllimi” təcrübə proqramının açılış mərasimi

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər başladılıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika fənninin onlayn tədrisi davam edir

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb