AzTehsil.com


Xəbərlər / Maraqlı
18 avqust 2021
1 231


Saturn barədə populyar mif təkzib olundu



Saturn barədə populyar mif təkzib olundu

 

Saturn planeti öz daxili quruluşu ilə elm adamlarını təəccübləndirib. Belə ki, Kaliforniyanın Pasadena Texnologiya İnstitutunun astronomları Saturnun nüvəsinin qeyri-səlis sərhədlərə malik olduğunu aşkar ediblər.

Lenta.ru-nun məlumatına görə, bu barədə "Nature Astronomy” jurnalında dərc olunan məqalədə deyilir.

Tədqiqatçılar NASA -nın "Cassini” kosmik gəmisinin Saturn ətrafında 13 il dövr edən məlumatlarını araşdırıblar.
 
 
İndiyə qədər Saturnun mərkəzində hidrogen və helium qabığı ilə əhatə olunmuş metal bir nüvənin olduğuna inanılırdı. Ancaq yeni sübutlar planetin nüvəsinin böyük ehtimalla hidrogen, helium və ağır elementlərin qarışığından ibarət olduğunu göstərir.

Çəkisinə görə təxminən 17 Yer kütləsi ağırlığında olan nüvə planetin 60 faizini tutur, bu da əvvəllər güman edildiyindən çoxdur. Nüvə ilə qaz zərfinin arasındakı sərhəd qeyri-səlisdir.



Загрузка...