Xəbərlər / Dünya
05 yanvar 2021
955


“Çinin səmavi gözü” xarici alimlərin üzünə açılır

“Çinin səmavi gözü” xarici alimlərin üzünə açılır

 

Çin diametri 500 metr olan dünyanın ən böyük və ən həssas radioteleskopunun (FAST) qapılarını aprelin 1-dən etibarən xarici alimlərin üzünə açır.

Bu barədə teleskopun operatoru olan Çinin Milli Astronomiya Rəsədxanası açıqlama yayıb. Xarici ölkələrdən olan alimlər qeyd olunan tarixdən etibarən teleskopdan istifadə üçün onlayn formada müraciət edə bilərlər. Rəsədxananın baş mühəndisi Cian Pen deyib ki, ilk mərhələdə teleskopun istifadə vaxtının yalnız 10 faizi xarici alimlər üçün əlçatan olacaq.

Qeyd edək ki, Çinin cənub-qərbindəki Quycou vilayətində dağlıq ərazidə yerləşən teleskop ötən ilin yanvarında istifadəyə verilib. Rəmzi olaraq "Çinin səmavi gözü” adlanan teleskopun perimetri 1,6 kilometrdir. Onun səthi təxminən 30 futbol meydançasının ümumi sahəsinə bərabərdir. Tikintisinə 2011-ci ildə başlanılan layihəyə 185 milyon ABŞ dolları sərf edilib. Teleskopun inşası üçün onun yerləşdiyi ərazidən 5 kilometr radiusda yaşayan sakinlər başqa yerlərə köçürülüblər, 10 kilometr radiusda isə tikintiyə qadağa qoyulub. Dünyanın ən sürətli kompüterlərindən olan "Sky Eye 1” ilə əlaqələndirilən "Çinin səmavi gözü” planetin ikinci böyük teleskopundan təxminən 2,5 dəfə daha çox həssasdır və saniyədə 38 giqabayt informasiya qəbul etmək iqtidarındadır.

Yerli alimlər ümid edir ki, radioteleskop pulsarlar haqqında fiziki amillər də daxil olmaqla, əsas elmi məsələlərin həllində vacib rol oynayacaq. Alimlər açılışdan əvvəlki ikiillik sınaq dövründə radioteleskopun köməyi ilə 102 yeni pulsar aşkar ediblər ki, bu da eyni dövrdə Avropada və ABŞ-da tədqiqat qrupları tərəfindən aşkar edilən pulsarların ümumi sayından çoxdur. Cihaz, həmçinin pulsarların sinxronlaşdırılmasını 50 dəfədən çox dəqiqləşdirməyə imkan yaradıb.

Azərtac
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Koronavirusa ilk yoluxan şəxs kimdir?

Koronavirusa ilk yoluxan şəxs kimdir?

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Çinin bəzi bölgələrində məktəblər açılıb

Çinin bəzi bölgələrində məktəblər açılıb

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Alimlər virusa qarşı sürətli test hazırladılar

Alimlər virusa qarşı sürətli test hazırladılar

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Çinin ölkəmizdəki səfiri ilə görüş

Çinin ölkəmizdəki səfiri ilə görüş

Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

Alimlər koronavirusdan qorunmaq üçün sosial məsafə məsələsini tənqid etdilər

Dünyanı 20 ildən sonra fəlakət bürüyəcək – Alimlər

Dünyanı 20 ildən sonra fəlakət bürüyəcək – Alimlər

İkiekranlı smartfon təqdim edildi

İkiekranlı smartfon təqdim edildi

İtlər koronavirusu iyindən tanıyacaq - Alimlər hərəkətə keçdi

İtlər koronavirusu iyindən tanıyacaq - Alimlər hərəkətə keçdi

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Musiqi uşaqların psixi sağlamlığına müsbət təsir göstərir

Musiqi uşaqların psixi sağlamlığına müsbət təsir göstərir

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Alimlər: Smartfonlar tələbələri key edir

Alimlər: Smartfonlar tələbələri key edir

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Türkiyə distant təhsil üzrə ikinci yeri tutur

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

​İtaliyalı alimlər uzunömürlülüyün SİRRİNİ TAPIBLAR

​İtaliyalı alimlər uzunömürlülüyün SİRRİNİ TAPIBLAR

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Rusiyalı alimlər Nüvə Təbabəti Mərkəzində olub

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...

Almanın bilmədiyiniz faydası- alimlər aşkar ediblər ki...