AzTehsil.com


Xəbərlər / Dünya
11 aprel 2020
1 442


Dünyanı 20 ildən sonra fəlakət bürüyəcək – Alimlər



Dünyanı 20 ildən sonra fəlakət bürüyəcək – Alimlər

 

Planetin ekosistemləri təhlükə ilə üzləşib.

"Nature” jurnalında verilən məlumata əsasən, Böyük Britaniya, ABŞ və Cənubi Afrikadan olan alimlər  iqlim dəyişikliyinin bir neçə ssenarisini modelləşdiriblər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, 2040-cı ilə qədər fəlakət bütün dünyanı bürüyəcək.

Ekspertlər əmindirlər ki, atmosferə tullantıların atılması cari templə davam etdiyi təqdirdə, 30 min növ quş, məməli, sürünən və balıqların 73 faizinin nəsli kəsilə bilər.

Okeanın tropik zonalarının biosistemləri xüsusilə həssasdır. Artıq cari onillikdə onlar bərpaolunmaz dəyişikliklərlə üzləşəcəklər. Bütün dəniz heyvanlarının dörddə birinin yaşadığı mərcan rifləri məhv olacaq.

Dörd dərəcəyədək istiləşmə isə heyvanların 15 faizinə öldürücü təsir göstərə bilər. 



Загрузка...