AzTehsil.com


Xəbərlər / Maraqlı
15 may 2021
1 249


Alimlər Kainatın genişlənməsi haqqında qeyri-adi məlumatlar əldə ediblər



 

Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə "Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və "arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının "Subaru” teleskopunda quraşdırılmış "Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini "Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.



Загрузка...
Həmçinin oxuyun:
Fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Fənər funksiyasını yerinə yetirən güllər icad ediblər

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

Allah rəhmət eləsin! Başınız sağ olsun!

Allah rəhmət eləsin! Başınız sağ olsun!

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Alimlər koronavirusla mübarizənin TƏBİİ VASİTƏni tapdılar

Yer üzündə bütün canlıları əhatə edən vahid atlas yaradılacaq

Yer üzündə bütün canlıları əhatə edən vahid atlas yaradılacaq

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Alimlər koronavirusdan qorunmaq üçün ən effektiv maskaları müəyyən ediblər

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

Bu maddə xərçəng şişlərini 100 dəfə artırır -ARAŞDIRMA

BDU -da Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

BDU -da Məktəblilərarası Astronomiya Olimpiadası öz işinə başlayıb

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI

İçənlər içməyənlərdən çox yaşayır - ALİMLƏR AÇIQLADI

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Alimlər koronavirus kabusunun bitəcəyi tarixi açıqladı

Alimlər havalar isindikcə koronavirusun aktivliyinin azalacağını ehtimal edir

Alimlər havalar isindikcə koronavirusun aktivliyinin azalacağını ehtimal edir

Beyin niyə qocalır?

Beyin niyə qocalır?

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

İsti hava koronavirusla mübarizədə nə dərəcədə önəmli olacaq

Sual - Otellərə verilən ulduzların sayı nəyi göstərir?

Sual - Otellərə verilən ulduzların sayı nəyi göstərir?

Yerə ən yaxın qara dəlik tapılıb

Yerə ən yaxın qara dəlik tapılıb

Xərçəngin geniş yayılmasının SƏBƏBİ TAPILDI

Xərçəngin geniş yayılmasının SƏBƏBİ TAPILDI

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

İlahiyyatçı alimlər, tədqiqatçılar və mütəxəssislərlə görüş keçirilib.

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

COVID-19-a yoluxmamaq üçün ƏN SADƏ ÜSUL açıqlandı

COVID-19-a yoluxmamaq üçün ƏN SADƏ ÜSUL açıqlandı

“Çinin səmavi gözü” xarici alimlərin üzünə açılır

“Çinin səmavi gözü” xarici alimlərin üzünə açılır

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Musiqi uşaqların psixi sağlamlığına müsbət təsir göstərir

Musiqi uşaqların psixi sağlamlığına müsbət təsir göstərir

Yeni model sınaq  imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduralar – Abituriyentlərin diqqətinə

Yeni model sınaq imtahanına qeydiyyatdan keçmək üçün lazım olan proseduralar – Abituriyentlərin diqqətinə

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları