AzTehsil.com


Xəbərlər
16 aprel 2021
995


Ali təhsildə yeni imkanlar



 

UFAZ magistraturasına qəbul başlayır

Artıq bir neçə ildir ki, Azərbaycanın təhsil sistemində innovativ  tədris mühiti ilə seçilən ali təhsil müəssisələrimizdən olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində  Fransız-Azərbaycan Universiteti (UFAZ) yeni layihəyə başlayır. UFAZ  bundan sonra  tələbələrinə bakalavr təhsili ilə yanaşı magistratura səviyyəsində də yeni ixtisaslar təqdim edəcək. Magistratura səviyyəsində təqdim olunacaq ixtisaslar yeniliyi, dövrün çağdaş tələblərinə adekvatlığı ilə seçilir. Bütün bunlara aprelin 9-da  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən  Fransız-Azərbaycan  Universitetində 2021-2022-ci tədris ili üçün magistratura pilləsinə qəbula dair  canlı yayımda aydınlıq gətirilib.  

Təhsil sistemimiz üçün uğurlu layihə

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli təhsilimizdə son illər uğurları ilə seçilən UFAZ layihəsi barədə məlumat verib. N.Məmmədli qeyd edib ki, Azərbaycan təhsil sisteminin verdiyi ən böyük imkanlardan biri də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Fransanın Universitetlər Konsorsiumunun birgə həyata keçirdiyi  UFAZ layihəsidir. Bu layihə Azərbaycan və Fransa prezidentləri tərəfindən imzalanmış çərçivə sazişi əsasında mümkün olub. UFAZ artıq uzun müddətdir ki, qəbul prosesini həyata keçirir, ali məktəbin ilk buraxılışı  olub. UFAZ əslində  ADNSU və Fransa Universitetlər Konsorsiumu  arasında ikili diplom proqramıdır.  N.Məmmədli qeyd edib ki, bu, Azərbaycanın təhsil sistemində hər iki ölkənin prezidentlərinin təşəbbüsü ilə icrasına başlanılmış çox mühüm və böyük layihələrdən biridir və 4 ixtisas üzrə bakalavr pilləsinə qəbul həyata keçirilib. Bu müddət ərzində UFAZ-da Fransanın nüfuzlu ali təhsil müəssisələrindən olan Strasburq və Renn 1 universitetlərinin ən yaxşı müəllimləri  təhsil veriblər.  Hər il təxminən 70-100-ə yaxın müəllim UFAZ-a dəvət olunur və modul dərslər keçirlər. Eyni zamanda Azərbaycandan olan çox yüksək səviyyəli müəllimlərimiz də bu proqramda iştirak edirlər.

Şöbə müdiri  hesab edir ki, bu layihə təhsil sistemimiz üçün ən yaxşı, mühüm imkanlardan biridir. Ona görə ki, birincisi, ikili diplom proqramı çərçivəsində dünyanın ən yaxşı təhsil sistemlərindən birinin tədris proqramları Azərbaycana gətirilir və ölkəmizdə  həyata keçirilir. İkincisi,  bu, UFAZ-da  dövlət  sifarişi əsasında təhsil alan tələbələr üçün çox yaxşı imkandır. Digər tərəfdən tələbələr həm Strasburq, həm də ADNSU-nun diplomlarını alırlar.

Ötən il  magistratura pilləsinə ilk qəbul həyata keçirildiyini söyləyən şöbə müdiri  qeyd edib ki, artıq fevral ayında magistraturaya ilk qəbul imtahanları təşkil olunub. N.Məmmədli  diqqətə çatdırıb ki, məhz UFAZ layihəsinin uğurlu nəticələri nəzərə alınaraq 2018-ci ildə ölkə Prezidentinin sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  qəbul olunub: "UFAZ bizim çox uğurlu modellərimizdən biridir. İstər Azərbaycanın əmək bazarı, istərsə də Azərbaycan elmi üçün yaxşı kadrlar hazırlayan çox mühüm layihələrdən biridir”.
Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb

Qəbul imtahanları hansı tarixdə keçiriləcək?  Dövlət İmtahan Mərkəzinin fevralda keçirilmiş imtahanında iştirak etməyənlər apreldə təşkil olunacaq imtahana qatıla bilərmi?

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov bu suallara aydınlıq gətirib. UFAZ-ın artıq 5 ildir ki, fəaliyyət göstərdiyini deyən icraçı direktor bildirib ki, biz ötən il ilk bakalavr təhsilini bitirmiş tələbələrin diplomlarını təqdim etdik. Eyni zamanda, ilk dəfə olaraq UFAZ-da magistratura səviyyəsinə tələbə qəbuluna  başlanılır. Bu il də magistraturaya 3 ixtisas üzrə qəbulun  həyata keçirilməsi  nəzərdə tutulub.  Artıq 5 mart tarixindən 18 aprel tarixinədək namizədlər  onlayn olaraq ufaz.az saytında birbaşa qeydiyyatdan keçə bilərlər.  İcraçı direktor əlavə edib ki, biz bakalavr təhsili almış və yaxud hazırda da bakalavr təhsili alan tələbələri qeydiyyatdan keçməyə dəvət edirik. 18 aprel sənəd qəbulu üçün son tarix kimi nəzərdə tutulub. 22 apreldə isə UFAZ-da ikinci dəfə  magistratura imtahanlarının canlı olaraq keçirilməsi planlaşdırılır. "Əlbəttə ki, indiki şəraitə uyğun olaraq hər hansı dəyişiklik etmək məcburiyyətində olarıqsa, bununla da bağlı biz bütün qeydiyyatdan keçmiş tələbələrə, namizədlərə öz məlumatlarımızı ötürəcəyik.  29 aprel tarixində artıq imtahan nəticələri bütün namizədlərə elan olunacaq. 5 may tarixinə qədər isə bütün namizədlərə təsdiqlə bağlı məlumatlar göndəriləcək”.

Bu il DİM tərəfindən magistratura pilləsi üzrə ikinci şans  imtahanların iyun ayında keçirilməsi nəzərdə tutulur. DİM-in birinci imtahanlarında iştirak etməyən namizədləri belə UFAZ-ın keçirəcəyi daxili imtahanlarında iştirak etməyə dəvət edirik. İmtahanlarda uğur qazanmış tələbələr şərti olaraq UFAZ-a qəbul olunacaqlar. Belə ki, qəbul olmuş namizədləri yenidən DİM-in ikinci şans  imtahanlarında iştirak etməyə dəvət edirik. Onlar qeydiyyatdan keçdikdən sonra  artıq UFAZ-ın rəsmi tələbə statusunu qazanacaqlar. Eyni zamanda bu, təkcə DİM imtahanında iştirak etməmiş tələbələrə deyil,  bakalavr təhsilini  Azərbaycan və rus dillərində almış, TOEFL və ya IELTS   sertifikatı əldə etməmiş tələbələrə də şamil olunur. Bu nöqteyi-nəzərdən də biz bu kateqoriyaya daxil olan tələbələri magistratura səviyyəsi üçün UFAZ-da  qeydiyyatdan keçməyə dəvət edirik. Bu kateqoriyadan olan insanlar üçün sonradan qəbul olunduqları təqdirdə biz sənədlərin yenidən təqdim edilməsi ilə bağlı bütün lazımı məsələləri görəcəyik. 

V.Əsgərov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi magistratura imtahanından 50-dən artıq bal toplayan hər kəs UFAZ-ın Strasburq Universiteti (Unistra) tərəfindən təşkil olunan ikinci daxili imtahanında iştirak edə bilər. Təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS / 80 bal TOEFL nəticəsi tələb olunur.

UFAZ-a qəbul imtahanı, seçilmiş magistr ixtisaslarını əhatə edən test suallarından ibarətdir. Magistratura proqramı üçün ümumilikdə 80 yer ayrılıb və bütün yerlər ödənişsizdir. UFAZ-ın qəbul imtahanında iştirak edən və seçilməyən tələbələr Azərbaycandakı digər ali təhsil müəssisələrinə müraciət etmək şansını itirməyəcəklər.

Magistratura səviyyəsində təqdim olunan ixtisaslara gəlincə, icraçı direktor qeyd edib ki, bunlar çox maraqlı ixtisaslardır və bəziləri Azərbaycanda çox yenidir - kimya mühəndisliyi/fiziki-kimya, tətbiqi kompüter elmləri - buraya böyük verilənlər bazası və süni zəka daxildir, eləcə də yer elmləri - geofizika  və ümumi yer elmləri.

Daha sonra UFAZ-ın Baş katibi Elizaveta Bydanova  UFAZ-ın yaranması, tədris mühiti, proqramları və ənənələri, eləcə də azərbaycanlı gənclərin ikili diplom proqramından yararlandığı, 4 Nobel mükafatı laureatının çalışdığı Strasburq Universiteti, bu ali məktəbdə təhsilin üstünlükləri barədə ətraflı təqdimat edib. 

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

UFAZ-ın magistratura pilləsinə sənəd qəbulu və imtahanın yeni tarixləri

UFAZ-da magistratura proqramının təqdimatı olub

UFAZ-da magistratura proqramının təqdimatı olub

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

Onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər....UFAZ-a qəbul imtahanı

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-ın Magistratura proqramlarına qəbul başlayıb

UFAZ-ın Magistratura proqramlarına qəbul başlayıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

UFAZ-a qəbul imtahanının nəticələri açıqlanıb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

UFAZ tələbələri Fransada magistratura təhsili üzrə təqaüd proqramını qazanıblar

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı 70-dən 60-a endirilib

UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

UFAZ-ın bakalavr proqramına qəbulla bağlı tarixlər açıqlanıb

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

"Nobel" mukafatçıları Azərbaycanda dərs deyəcək

Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

Nazirlik: İkinci magistr təhsili ödənişli olacaq

Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina edib – RƏQƏMLƏR

Bu il universitetə qəbul olunan yüzlərlə gənc ali təhsildən imtina edib – RƏQƏMLƏR

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”