AzTehsil.com

Xəbərlər
06 mart 2020
1 658

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

Ceyhun Bayramov: "Bizə daha intensiv və strukturlaşdırılmış əməkdaşlıq modelləri lazımdır”

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə "Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” adlı görüş təşkil edib. Tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak ediblər.

 Görüşdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Azərbaycanla Fransa arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. Belə tədbirlərin iki ölkə arasında təhsil, biznes, iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki islahatlardan danışıb. İslahatların nəticəsi olaraq beynəlxalq əlaqələrin gücləndirilməsi, peşə təhsilinin inkişafına dair görülən tədbirlər və özəl sektor ilə əməkdaşlıq perspektivləri barədə məlumat verib. Əmək bazarının tələbatına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə  dövlət təhsil institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb. 

 Təhsildə keyfiyyət və əlçatanlıq artır

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı milli təhsil sisteminin əsas prioritetlərini və hədəflərini müəyyən edən yol xəritəsi kimi xarakterizə edən Təhsil naziri bu sənəd əsasında həyata keçirilən islahatların uğurlu nəticələrindən danışıb. Təhsilin bütün səviyyələri - məktəbəqədər, ümumi təhsil, peşə təhsili və ali təhsildə əlçatanlıq və keyfiyyət təmin edilib:  "Bildiyiniz kimi, məktəbəqədər təhsil gələcək təhsil nəticələrinin keyfiyyətinə, əmək bazarındakı bacarıq səviyyəsinə güclü təsir göstərir. Odur ki, bu məsələyə təhsildə xüsusi önəm veririk”.

Təhsilin təməli sayılan ibtidai təhsildə də müsbət tendensiyadan danışan nazir bir çox faktlara diqqət çəkib. O, beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsaslanaraq verilən təhsilin keyfiyyətinin artdığını vurğulayıb. Azərbaycanın PISA-2018 tədqiqatında da, TIMSS-2019 qiymətləndirməsində də iştirak etdiyini qeyd edən Təhsil naziri təhsildə keyfiyyət artımından danışarkən məhz beynəlxalq qiymətləndirmələrin nəticələrinə əsaslanıldığını bildirib.

Müəllimlik daha rəqabətli peşəyə çevrilir

Təhsil naziri ölkədə ən sevindirici hallardan biri kimi müəllimlik peşəsinin artan nüfuzunu xüsusi qeyd edib. Bunun həm müəllimlərin işə qəbulu müsabiqəsində iştirakçı sayının, həm də 500-dən yuxarı bal toplayan abituriyentlər arasında pedaqoji ixtisaslara üstünlük verənlərin sayının artmasında çox aydın müşahidə olunduğunu vurğulayıb.

Peşə yönümlü məzmun təqdim edən məktəblərdə yüksək inkişaf

Ölkədə peşə təhsili sahəsində əldə edilən uğurlardan da söz salan Təhsil naziri deyib ki, orta məktəblərdə 14 bölgə, 20 məktəb və 420 şagirdi əhatə edən peşə təmayüllü siniflər yaradılıb: "Peşə yönümlü məzmun təqdim edən məktəblər əvvəlki illərlə müqayisədə yüksək inkişaf nümayiş etdirib”.

Ali təhsilin nailiyyətləri

Ali təhsil sahəsində - əsas uğurlardan biri ali təhsil müəssisələrinə daxil olma göstəricisinin artırılmasıdır. Tələbələrə verilən dövlət təqaüdlərinin  artırılmasını ən vacib islahatlardan biri kimi təqdim edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, hökumət bu tendensiyanı davam etdirməyi planlaşdırır.

Azərbaycan və xarici 10 universitet arasında getdikcə genişlənən ikitərəfli və çoxtərəfli tərəfdaşlığı qeyd edən nazir bildirib ki, hazırda 11 proqram beynəlxalq akkreditasiya alıb ki, bu da tendensiyanın mühüm əlamətidir.  Ali məktəblər aparıcı universitetlərlə ikili diplom proqramları həyata keçirirlər. 10 yerli ali təhsil müəssisəsi 20 xarici universitetlə 25 ikili diplom proqramı təklif edir. Əmək bazarının tələbatına uyğun olaraq, tədqiqatlara yönəlmiş İT və texnologiyalara xüsusi diqqət yetiririk. 2019/2020-ci tədris ilində müvafiq ixtisaslara dövlət təqaüdü ilə daxil olanlar tələbələrin 71 faizini əhatə edir.

Təhsil naziri  CCIAF-in aktiv fəaliyyətinin nəticələrindən biri kimi Palatanın üzvü olan UFAZ-ın digər üzv şirkətlərlə imzaladığı anlaşma memorandumlarını təqdirəlayiq hesab edib: "Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın birgə təşəbbüsü nəticəsində 2016-cı ildə Bakıda Azərbaycan-Fransız Universiteti yaradılıb. Hazırda universitetdə 538 tələbə təhsil alır. Azərbaycan-Fransız Universiteti (UFAZ) 2020-2021-ci tədris ilində işə başlayacaq magistr proqramı təqdim edib”.

"Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı”na da toxunan nazir bu sənədin icrası nəticəsində əldə edilən nailiyyətlərdən danışıb: "Biz artıq ABŞ-da Corc Vaşinqton Universiteti, Bakıda ikili diplom proqramlarının həyata keçirilməsi üçün Türkiyə və Koreyanın aparıcı universitetləri ilə tərəfdaşlıq münasibətləri qurmuşuq. Əminik ki, yeni Dövlət Proqramı ali məktəblərimizin elmi potensialını artırmaqla yanaşı, həm də məzunlarını əmək bazarının tələblərinə cavab verən bacarıqlarla silahlandırmağa imkan verəcək”.

Məktəblərdə innovasiyalar, sahibkarlıq və startaplar inkişaf etdirilir

Təhsil Nazirliyi məktəblərdə innovasiyaların, sahibkarlığın və startapların inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirib: "Cari tədris ili ərzində 6500-dən çox şagird STEAM siniflərinə cəlb olunub və 70000-dən çox məktəbli "Rəqəmsal bacarıqlar” təşəbbüsü ilə kodlaşdırma siniflərində iştirak edir. Biz inanırıq ki, bu məsələdə müxtəlif maraqlı tərəflərlə çox səmərəli əməkdaşlığımız ola bilər”.

İşəgötürənlərlə əməkdaşlığın mümkün variantlarını nəzərdən keçirən Təhsil naziri "Bizə daha intensiv və strukturlaşdırılmış əməkdaşlıq modelləri lazımdır. Hesab edirəm ki, özəl sektor tələbələr arasında innovasiyaların stimullaşdırılması üçün müvafiq eko-sistemin yaradılmasında mühüm rol oynaya bilər”, - deyib.

Unikal şəbəkələşmə

Görüşdə  Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru  Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış edərək təmsil etdikləri universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planlarından danışıblar.

Qeyd edək ki,  Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual  məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər keçirir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.muallim.edu.az

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Azərbaycan-Fransız Universitetində “Frankofon universitet sərgisi 2019” keçirilib

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

Təhsil naziri Strasburq Universitetinin prezidenti ilə görüşüb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində memorandumların imzalanması mərasimi

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca