AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
10 aprel 2021
1 677


Uşaqlarda aqressivliyə səbəb olan amillər



 

Övladınızla birlikdə parkda oynayarkən dostlarına təpik atır, xoş olmayan sözlər söyləyir və ağlayırsa bu zaman nə edirsiniz?
 
Bir çox valideynlər bu situasiyalarla qarşılaşdıqda nə edəcəklərini bilmirlər. Parkda hamının sizə baxdığı an necə müdaxilə etməli olduğunuzu bilmədiyiniz belə anları Sizin  üçün araşdırmışıq və Sizə bir neçə tövsiyəmiz var. İlk olaraq ana və atalar uşaqlarında olan əsəb krizlərinin səbəbini anlamalı və müdaxilələrini də ona  əsasən müəyyən etməlidirlər.

Uşaqlarda aqressivliyə səbəb olan amillər:

• Uşaqların internetdən çox istifadə etməsi, döyüş oyunları oynaması.
• Ailədə valideynlərin tez-tez dalaşması, səsini ucaltması.
• Uşağı döymək, məktəbdə onun üstünə çox getmək.
• Doğuş zamanı beynin zədələnməsi və s.

Bir çox araşdırmalara görə uşağın yaşaya biləcəyi əsəb krizləri 3 tipdə ola bilər:

Manipulativ tip
Verbal tip
Şəxsiyyətə əsaslanan tip
Manipulyativ tipə görə uşaqlar diqqət çəkmək üçün əsəb krizi keçirirlər və hamı ilə dalaşmağa başlayırlar. Uşaq dalaşmağa başlayanda ətrafındakı böyüklərdən daha çox diqqət çəkə biləcəyini düşünürlər və bu diqqət ilə istədiyini etdirəbiləcəyini fikirləşib bu vəziyyətdən istifadə edir və tez tez dalaşqan davranış göstərir. Məsələn uşağınız qardaşı ilə oynayarkən bir anda dalaşmağa (qardaşını təpikləməyə və ya onu döyməyə, dişləməyə)  başlayarsa, belə bir vəziyyətdə etməniz lazım gələn şey müdaxilə edərkən  dalaşqan davranışı göstərən uşağınızla maraqlanmamaq, onun yerinə bu davranışa məruz qalan digər uşağınıza bütün marağınızı verməkdir və onun o anki duyğularını anlamağa çalışmaqdır. Beləcə saldırqan davranışı göstərən uşağınız belə davrandığında gördüyü münasibətdən xoşu gəlməyəcək və bir müddətdən sonra bu davranışı sonlandıracaq.

Verbal tipə görə uşaq nə istədiyini bilir ancaq bunu ifadə edə biləcək söz bacarığına malik omadığı üçün kriz yaşayır. Belə bir vəziyyətdə uşağı diqqətə almamaq ona çox zərər verər. Bu səbəbdən uşağı anlamağa çalışmaq və duyğularını ifadə etməsinə köməkçi olmaq çox önəmlidir.

Şəxsiyyətə əsaslanan tip isə uşağın xarakteri ilə bağlıdır. Uşaq özünü ifadə edə bilmədiyi hallarda kriz keçirir. Bu tip uşaqlar məktəbdə digər sosial mühitlərdə problem yaşayırlar. Uşaq əsəbləşəndə özünə nəzarəti itirər, ətrafına şiddətli bir formada zərər verməyə başlayar. Belə tip əsəbi uşaqla davranmaq çox çətindir və bu səbəbdən müdəxilə edərkən ana və atalar çox diqqətli və səbirli olmalıdırlar.

Nələr edə bilərik:

Əvvəlcə dərindən nəfəs alın və sakit qalmağa çalışın
Uşağınızın dərindən nəfəs almasına şərait yaradın
Uşağınızı qucaqlayın və ona onu çox sevdiyinizi hiss etdirin
Uşağınızın əsəbləşdiyini anladığınızı ona ifadə edin
Uşağınızın duyğularını ifadə etməsi üçün onu cəsarətləndirin
Alternativ həllər yaradın və uşağınıza seçimlər təklif edin
Uşağınızın marağını başqa yerlərə çəkməyə çalışın, məsələn bir kitaba və ya bir oyuncağa
Uşağınızı həmin mühitdən uzaqlaşdırın və onu sakitləşdirə biəcək bir həll yolu axtarın, məsələn isti süd içməsi və ya oyuncağına sarılıb bir yerdə oturması üçün şərait yarada bilərsiniz. ilk5il.az 



Загрузка...