AzTehsil.com


Xəbərlər / Müəllim
09 aprel 2021
1 284


Qalib ölkənin qəhrəman müəllimi



Qalib ölkənin qəhrəman müəllimi

 

İqbal Qəhrəmanov: "Düşmənlə üzbəüz gəldiyimiz, aradakı məsafənin 3-4 metrədək azaldığı vaxtlar olurdu”

Vətən müharibəsi. Danışıldıqca necə böyük qəhrəmanlıqların ortaya çıxdığı, torpaq həsrətinə, məğlubiyyət acısına, insan və ərazi itkisindən qaynaqlanan ruh düşkünlüyünə 44 gündə son qoyan bir savaş. Üstündən keçən hər gün, ay onun barəsində deyiləcək sözü azaltmır, əksinə hər ötən dövr 44 gündə necə zəngin bir tarix yazdığımızı bir daha gözlər önünə gətirir. 30 illik ağrını zaman aşımına məruz qalmadan ürəyində daşıyan millət həsrətinin, kədərinin, bütün acılarının üstündən zəfərlə xətt çəkdi.  Bu şanlı tarixi yazanlar arasında müəllimlər, təhsil işçiləri də var. Biləsuvar Peşə Liseyinin coğrafiya müəllimi Nicat Nuriyev, psixoloqu İqbal Qəhrəmanov və istehsalat təlim ustası Elsevər Salayev də bir an belə düşünmədən qəhrəmanlıq tarixinin bir parçası olmağa tələsdi. Üçü də vətəninin çağırışına qoşuldu, savaşdı və qaliblər cərgəsində geri döndülər. Nicat Nuriyev və İqbal Qəhrəmanov qazi, Elsevər Salayev isə veteran kimi.  Onlardan biri, Liseyin psixoloqu İqbal Qəhrəmanov "Azərbaycan müəllimi”nin növbəti qazi qonağıdır.

Hər döyüşdən sonra...

İqbal müəllim Biləsuvarda doğulub. 1976-cı ilin aprelində. Bu ayın 12-də 45 yaşı tamam olur.

Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. Artıq 25 ildir Peşə liseyinin psixoloqudur, psixologiyadan dərs deyib.

Hərbi xidməti quru qoşunlarında keçib. Universitetdə təhsil alarkən Hərbi kafedra olduğundan zabit kimi hələ tələbəykən yetişməyə başlayıb. Buradakı təhsili ona piyadaların bölük komandirinin siyasi məsələlər üzrə müavini vəzifəsini tutmağa imkan verib.

Zabit olaraq Vətən müharibəsində də kənarda qalmayıb. Ən ön sıralarda yerini alıb.Komandir müavini olaraq müharibənin ilk  günlərindən - sentyabrın 29-dan cəbhədə olub: "Sentyabrın 28-də çağırış alan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdim. Ağcabədidə təlimlərə qatıldım. Təlimlərdən dərhal sonra cəbhəyə yollandıq. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak elədim. Oktyabrın 24-də Qubadlı uğrunda döyüşdə yaralandım və məcburən döyüşü tərk etməli oldum”.

Keçdiyi döyüş yolu o qədər uzun olmasa da, müharibə haqqında təəssürat yaratmağa imkan verir: "Müharibə və onun dəhşətlərini unutmaq asan deyil. Baxmayaraq ki, ən öndə gedən biz deyildik. Bizdən əvvəl kəşfiyyatçı dəstə gedir, biz onları izləyirdik. Ona görə də döyüşlərimizin hamısı itki ilə nəticələnmirdi. Tez-tez düşmənlə üzbə-üz gəldiyimiz, aradakı məsafənin 3-4 metrədək azaldığı vaxtlar olurdu.  Məsafənin azalmağından qorxmurduq. Artıq artilleriya zərbələri və ətrafımıza səpələnən qəlpələr də qorxutmurdu bizi. Elə alışmışdıq ki, partlayış səsləri, ağır döyüş səhnələri gözümüzdə  adiləşmişdi”.

Bunun dəhşətli döyüş səhnələrinə alışmaq, yoxsa mövcud reallıqla barışmaqmı olduğunu anlamaq isə çətin deyil. İşğal altında illərdir inildəyən ərazilərimizi azad etməyin başqa yolu olmadığından İqbal müəllim kimi yüzlərlə, minlərlə gənc qanlı savaş reallığı ilə barışmış görünsə də, bunun elə də asan olmadığını bilirdilər. İqbal müəllim etiraf edir: "Müharibə çox çətindi. O qədər dəhşətlidir ki, hər döyüşdən sonra sağ-salamat qaldığımıza  təəccüb edirdim”.

Mərmi yarası

Nəhayət, döyüşlərdən biri onu təəccübləndirməyib. Oktyabrın 24-də iştirak etdiyi həmin döyüş onun Vətən müharibəsində düşmənə güllə atdığı son döyüş oldu. O da bu müharibənin bir çox qazisi kimi, artilleriya atəşi nəticəsində yaralanıb. Huşunu itirən döyüşçünü döyüş yoldaşları ordan uzaqlaşdırıb: "İrəliyə getmək tapşırığı almışdıq. Əmri yerinə yetirməliydik. Hər birimiz nəyin bahasına olursa-olsun, tapşırığı icra etmək istəyir, bu istəklə irəli atılmağa tələsirdik.Qubadlı istiqamətində gedən döyüşlərdən birində yaralanmışam. Artilleriya partlayışı oldu və mərmi məni də tutdu. Sadəcə yaralandığımı anladım. Sonra huşumu itirdim. Məni döyüş bölgəsindən döyüşçü yoldaşlarım uzaqlaşdırıb”.

İqbalı qəhrəmanlıq olan müəllim

Müharibənin yaraları sarınır. Savaşda bir yumruğa dönüb düşmənə tarixi cavabını verən millət artıq müharibənin yaralarını sarımağa başlayıb.

İqbal müəllimin də yaraları var. Füzuli Diaqnostika Mərkəzində, Şirvan Mərkəzi xəstəxanasında ağrılı günlər keçirib. Düzdür, indi də ağrıları davam edir. Ancaq artıq qalib ölkənin qəhrəman müəllimi olmağın haqlı qürurunu da yaşayır.

İndi də qəhrəmandır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi başa çatdı. Bu savaşda da bəxtinə şəhidlik yazılanlar, qədəri qazilik olanlar çox oldu. 

İqbal - bəxtigətirən deməkdir. Bəxti gətirib bu savaşda aldığı yaralara baxmayaraq salamat qalmağı bacaran qəhrəman müəllimlərdən sadəcə biridir  İqbal Qəhrəmanov da. Sadəcə təkcə təhsil sisteminin deyil, millətinin qürur mənbəyi olan minlərlə qəhrəmandan biri. muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Ailəsinə şəhadət xəbəri verilən qazimiz: Atam üzümə dedi ki, sən oğlum deyilsən, oğlum şəhid olub

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Cibindən uşaqların dərs cədvəli çıxdı...: Yeganə qadın şəhidimizin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Qəlbi vətən eşqiylə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur.

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məktəbdə direktoru: “Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum”

Məktəbdə direktoru: “Kəlbəcərə ilk daxil olanlardan biri də mən oldum”

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Vətənə sipər oğullar...

Vətənə sipər oğullar...

Gənc istedadlı müəllim rayon ictimaiyyətinin köməyi ilə əməliyyat olundu

Gənc istedadlı müəllim rayon ictimaiyyətinin köməyi ilə əməliyyat olundu

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

İdarə etdiyi tankın üzərinə döyüş yoldaşları tərəfindən adı yazılan şəhidimiz - FOTO/VİDEO

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən   qəhrəman Nəsirov İlyas

Vətən uğrunda igidlik və mərdlik nümunəsi göstərən canından keçən qəhrəman Nəsirov İlyas

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Şəhidin son arzusu yerinə yetirildi: Məzarına Şuşa torpağı səpildi

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Şəhid mayorumuz NATO-nun ən nüfuzlu medalı ilə təltif olundu – FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Şəhidlik zirvəsinə ucalan “Şahin Zirvə”

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Əsgərin arzusu hər kəsi kövrəltdi — Məni qızımın corabı ilə dəfn edin -VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” - VİDEO

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd

Türkiyədə xüsusi təyinatlı kurs keçmiş Şəhidlik zirvəsinə ucalan Məhəmməd