AzTehsil.com


Xəbərlər / Səhiyyə
18 mart 2021
1 144


Qorxunc açıqlama: Gənclərin əqli sağlamlığı risk altındadır



 

İngilis dilinin əsas olduğu ölkələrdə aparılan araşdırma nəticəsində koronavirusa görə gənclərin təxminən yarısının əqli baxımdan risk altında olduğu müəyyənləşib.

"Anadolu” agentliyi məlumat verir ki, əqli sağlamlığı qiymətləndirmək üçün hazırlanmış hesabatda ingilis dilində danışan səkkiz ölkədən – ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Hindistan və Sinqapurdan olan 49 000 insanın məlumatları araşdırılıb.

18-24 yaşlı insanlar arasında aparılan araşdırmanın nəticələrinə görə, onların təxminən yarısında depressiya və narahatlıq müşahidə edilib.

Bu, kütləvi əqli sağlamlıq probleminin yaşanmasına səbəb ola bilər.

Yeni növ koronavirus mövcud problemləri daha da çətinləşdirir.

Risk daşıyanlar 2019-cu ildə 14 faiz təşkil edirdilərsə, 2020-ci ildə bu rəqəm 26 faiz olub.

Keyfiyyətli yuxu, sosial qarşılıqlı əlaqə və idmanın insanın əqli sağlamlığına faydası vurğulanır.



Загрузка...